Prezidentlər söz verdi: “Müharibə olmayacaq”
Bizi izləyin

Nida.az

Prezidentlər söz verdi: “Müharibə olmayacaq”

Türkiyənin “Hürriyyət” qəzetinin yazdığına görə, Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyilə Soçi şəhərində Azərbaycan və Ermənistan dövlət başçıları yeni Qarabağ savaşı başlamayacaqlarına söz veriblər.

Putin bildirib ki, Azərbaycan dövlət başçısı İlham Əliyevin mövcud problemin sülh yolu həll olunmasını deməsini məmnuniyyətlə qarşılayır: “Ermənistan dövlət başçısı Sarkisyanın da buna həmfikir olması çox önəmlidir. İki ölkə liderindən eşitdiyim bu ifadələr Sovetlər Birliyi zamanından miras qalan Dağlıq Qarabağ münaqişəsinin masa arxasında çözülməsinə şans yaradır”.

Putin “Mən də problemin həllinin çox uzanmasının fərqindəyəm” deyərək bildirib ki, münaqişənin həlli üçün ATƏT-in Minski Qrupu çalışır.

“Təbii, biz Rusiya olaraq həm coğrafi yaxınlıq, həm də Azərbaycan və Ermənistanla tarixi əlaqələrimizə dayanaraq yeni təşəbbüslər irəli sürməyə çalışacayıq” – deyə Rusiya lideri bildirib.

“Hürriyyət” qəzeti görüşdə gərginlik yaşandığını yazır. Qəzet bildirir ki, Əliyev və Sarkisyan “yeni bir savaş yerinə, sülh yoluyla həllin tərəfindəyik” demələrinə baxmayaraq, aralarında yenə də söz atışması oldu.

Əliyev son günlərdəki gərginliyi və Qarabağ məsələsinin 20 ildən bəri həll olunmamasından narahatlığını dilə gətirərək, “BMT TŞ illər öncə işğal altındakı Azərbaycan torpaqlarının erməni qüvvələri tərəfindən boşaldılması haqqında qətnamə verib. Ermənistan BMT TŞ-in bu qətnaməsini hələ də niyə yerinə yetirmir?” deyə bildirib.

Əliyevə cavab verən Sarkisyan isə “BMT TŞ-in Qarabağ məsələsi ilə bir deyil, tam dörd qətnamə var. Bəs Azərbaycan bu qərarlardan hansının yerinə yetirdiyini bizə söyləyə bilər” deyib.

“Hürriyyət” yazır ki, üçlü görüşdə Azərbaycan və Ermənistan liderlərinin bir-birini günahlandıran açıqlamaları gərginliyin daha da artmasına səbəb oldu. Ancaq Sarkisyan son sözlərinin tərzini yumşaldaraq “Mən Ermənistan dövlət başçısı kimi xalqımın adından yenə İlham Əliyevə təşəkkür etmək istəyirəm. Münaqişənin həlli üçün güc yoluna üstünlük vermək istəmədiklərini söyləməsi hamımız üçün ümidvericidir” deyə fikrini ifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm