Rusiya mediası: “Silahları susdurmağa Soçi görüşünün gücü çatmayacaq”
Bizi izləyin

Nida.az

Rusiya mediası: “Silahları susdurmağa Soçi görüşünün gücü çatmayacaq”

Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçıları Soçidə görüşdü. Rusiya prezidentinin Soçidəki “Boçarov ruçey” iqamətgahında baş tutan görüşünün nəticələri ilə bağlı bir sıra xarici nəşrlər fikirlərini bildirib.

Publika.az xəbər verir ki, Rusiyanın nüfuzlu “Nezavisimaya gazeta” nəşri Putinin təşəbbüsünün təmas xəttindəki qarşıdurma fonunda vacib olduğunu qeyd edib.

Nəşr yazır ki, adətən, İlham Əliyev və Serj Sərkisyanın görüşləri münaqişə zonasında gərginliyin azalmasına gətirib çıxarırdı. “Əgər dünənki danışıqlar da eyni nəticə verərsə, o halda Soçi görüşünü uğurlu hesab etmək olar. Əvvəlcə Azərbaycan tərəfinin “əgər faşist siyasətini davam etdirəcəksə, raketlər Yerevana tuşlanıb” sözləri ilə müşahidə olunan sərt tonu təhlükəli görünürdü. Qarşı tərəfin adekvat reaksiyaları da özünü çox gözlətmədi. Bunun fonunda çox vacib idi ki, Putin prezidentləri görüşdürsün. Görüşün açıq hissəsindən məlumdur ki, Moskva Bakı və Yerevanın əməkdaşlığının səviyyəsindən razı görünür. Bakı Moskva ilə əməkdaşlığın səviyyəsindən razıdır və Rusiyanı Qarabağ münaqişəsinin həllində gücə malik olduğunu düşünür. Yerevan da Moskva ilə münasibətlərdən məmnundur, lakin Azərbaycan tərəfinin sərt gedişlərindən narahat görünür və bu məsələdə Rusiyanın müsbət təsirinə bel bağlayır”, - qəzet yazır.

“Nezavisimaya gazeta” daha sonra qeyd edir ki, prezidentlərin üçtərəfli görüşündə sovet vaxtından qalmış münaqişənin həlli üçün yaxşı niyyət olduğu aydın olur: “Burada əsas yol sülhdür, alternativlər görünmür.
Lakin dövlət başçıları danışıqlar apararkən də təmas xəttində atışma gedirdi. Azərbaycan tərəfinin məlumatına görə, erməni atəşi nəticəsində bir hərbi qulluqçu həlak olub, digəri yaralanıb. Ermənistan isə öz növbəsində Bakını Karen Petrosyanın ölümündə ittiham edir”.


Nəşr yazır ki, bunun son qurbanlar olmayacağı ehtimal edilir: “Ekspertlər də münaqişənin dondurulmadığını düşünür və bundan sonra da intensiv atəşlərin olacağını düşünürlər”.

“Nezavisimaya gazeta” Soçi görüşünə paralel olaraq diqqətləri ötən həftə Gürcüstanda beşgünlük müharibənin ildönümünün qeyd edilməsinə yönəldir. Nəşr hesab edir ki, Cənubi Qafqazda sular o qədər də duru deyil və münaqişələrin bərpa olunması ehtimalı görünür. Hətta bunun Rusiyanın iradəsindən kənar olsa belə, baş verə biləcəyi qeyd edilir: “Soçi görüşündən əldə olunan nəticə heç də qənaətbəxş hesab edilməməlidir. Çünki faktiki olaraq təmas xəttində gərginlik azalmayıb”.

Rusiya nəşri ekspertlərin fikirlərinə istinadən Soçi görüşünün silahların qınına qoyulması və susması üçün gücünün çatmayacağı ehtimalını önə çəkir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm