Nida.az
Müxalifətdə yeni ssenari: Klassiklər İsa Qəmbərlə birləşir
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şuradan ayrılır və Müsavat Partiyası ilə yeni birlik yaradır. Müxalif düşərgəsində yeni ssenari hazırlanır.
Publika.az-ın əldə etdiyi məlumata görə, Musavat başqanı İsa Qəmbər 2015-ci il parlament seçkiləri istiqamətində hərəkətə keçib.
Yeni müxalifət birliyi ssenarisi üzərində iş gedir. Hansı ki,
burda əsas rəqib hakim partiya ilə yanaşı, Milli Şura, konkret
olaraq AXCP olacaq. İlk addım KXCP-nin Milli Şuradan
qopardılmasıdır. Bunun üçün kifayət qədər zəmin var. Belə ki, AXCP
ilə ulduzları barışmayan Mirmahmud Mirəlioğlu Milli Şuranın son
sessiyasında qurumun cəbhəçilərin hesabına genişləndirilməsinə
etiraz edərək ayrılmaq istədiyini açıqlamışdı. Həmin sessiyada bu
baş verməsə də, mənbə faktiki olaraq klassiklərin Milli Şuradan
ayrıldığını deyir. Qalmaqallı sessiyadan sonra qurumun
toplantılarının KXCP qərargahında keçirilməsindən imtina edildi və
qarşılıqlı ittihamlar gündəmə gəldi.
Məlumata görə, Mirmahmud Mirəlioğlu artıq İsa Qəmbərlə müəyyən
razılıq əldə edib. Bu istiqamətdə ilk addım bu gün saat 16:00-da
KXCP-nin qərargahında keçiriləcək birgə tədbirdir. Tədbir Leyla
Yunus və İntiqam Əliyevin həbsi ilə bağlı olacaq. Mənbə bunun
fürsət olduğunu iddia edib.
M. Mirəlioğlu da görüşün olacağını təsdiqləyib.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!