“Emin Hüseynov ABŞ-ın səfirliyində deyil” – səfirlik
Bizi izləyin

Nida.az

“Emin Hüseynov ABŞ-ın səfirliyində deyil” – səfirlik

ABŞ-ın Azərbaycandakı səfirliyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynova səfirlik ərazisində sığınacaq verilməsi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Səfirlikdən Publika.az-ın sorğusuna cavab olaraq bildirilir.

“Son günlər Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun sədri Emin Hüseynovun ABŞ-ın Bakıdakı səfirliyinin ərazisində sığınacaq tapması barədə müəyyən media orqanlarında xəbər yayılıb. Bu xəbərlər həqiqətə tamamilə uyğun deyil. Emin Hüseynov ABŞ-ın səfirliyində deyil”.

Xatırladaq ki, avqustun 11-də səhər saatlarında Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisi möhürlənib.

RATİ-nin rəhbəri Emin Hüseynov və onun qardaşı Mehman Hüseynovun harada olduğu isə hələlik məlum deyil.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm