Nida.az
“Büdcə sistemi haqqında” qanunda dəyişikliklər edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Büdcə
sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
təsdiq edib.
Publika.az-ın məlumatına görə, dəyişikliklərdə deyilir:
"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alır:
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10,
maddə 584; 2003, № 6, maddə 267; 2004, № 12, maddə 979; 2005, № 5,
maddə 393, № 12, maddə 1083; 2006, № 2, maddə 67, № 3, maddə 225, №
12, maddə 1012; 2007, № 12, maddə 1202; 2008, № 12, maddə 1049;
2009, № 7, maddə 505) aşağıdakı dəyişikliklər edilsin:
1. 32.2.2-ci maddəyə aşağıdakı məzmunda hissə əlavə edilsin:
“Yerli sosial müdafiə, ekoloji, həmçinin iqtisadi və sosial inkişaf
proqramlarının qəbul və icra edilməsi ilə bağlı layihələrin həyata
keçirilməsi, həmçinin qanunvericilik və icra hakimiyyəti orqanları
tərəfindən bələdiyyələrə həvalə edilən əlavə səlahiyyətlərin
maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsindən yerli büdcələrə
subvensiya ayrılması üçün müvafiq bələdiyyələrin və onların təmsil
olunduqları milli assosiasiyaların cari il martın 15-dək verilən
təklifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 gün
müddətində öyrənilir, onların qəbul edilib-edilməməsi barədə
aidiyyəti bələdiyyələrə məlumat verilir. İcrası üçün vəsait
ayrılmasına razılıq verilmiş layihələrlə bağlı müvafiq
maliyyə-iqtisadi əsaslandırmalarla birlikdə “Büdcə sistemi
haqqında” Qanunun 11.14-cü maddəsi ilə müəyyən edilən sənədlər və
məlumatlar mayın 1-dək bələdiyyələr tərəfindən müvafiq icra
hakimiyyəti orqanına təqdim olunur. Dövlət büdcəsindən ayrılmış
subvensiyalar bələdiyyələr tərəfindən təqdim edilmiş layihələrə
uyğun olaraq, hər il fevralın 15-dək müvafiq icra hakimiyyəti
orqanı tərəfindən bölünür.
Dövlət büdcəsində bələdiyyələrə subvensiyanın ayrılması ayrıca
sətirlə müəyyən edilir.”.
2. 34.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“34.4. Dotasiyanın həddinin hesablanmasında bələdiyyənin ərazisində
yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının
formalaşmasında onların xüsusi çəkisi, bələdiyyənin gəlir və
xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə
xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli
əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi
layihələr nəzərə alınmalıdır.”.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO