Putin prezidentləri qaydasız döyüşə baxmağa niyə aparmışdı? – İddia
Bizi izləyin

Nida.az

Putin prezidentləri qaydasız döyüşə baxmağa niyə aparmışdı? – İddia

“Putinin Qarabağla bağlı vasitəçiliyi nöqsanlıdır. O, Soçidə Azərbaycan və Ermənistan prezidentlərini qaydasız döyüşü izləməyə apardı. Halbuki, bu döyüşdə qayda yoxdur, ən güclü qalib gəlir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiyanın məşhur politoloqu Viktor Loşak Soçi görüşü və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımları şərh edərkən deyib.

V.Loşak Qarabağda baş verənlərin mahiyyətini açıq şəkildə dilə gətirib: “Bu, deportasiya, insanların öldürülməsi, dinc əhalinin qaçqın düşməsidir. Təəssüf ki, 1987-ci ildə Rusiyada jurnalistlər də, siyasətçilər də Qarabağda baş verənlərə səthi yanaşaraq hakim rolunu oynamağa çalışdılar. Əgər Soçi görüşünün son günlər cəbhə xəttində artan gərginliyin sakitləşməsinə səbəb olduğunu görmürüksə, deməli, yenə də səthi yanaşırıq”.


Politoloq qeyd edib ki, 1988-ci ildə deputat Qalina Starovoytova Dağlıq Qarabağ məsələsində hüquqi çərçivə formalaşdırdı: “Onun müdafiə etdiyi və Ermənistanın istifadə etdiyi öz müqəddəratını təyinetmə hüququ dövlətlərin ərazi bütövlüyü prinsipinə açıq-aşkar zidd idi. Elə buna görə də Azərbaycanın erməni qoşunu tərəfindən işğal olunan ərazilərin qaytarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri İlham Əliyevin əlində kozırdırtəzyiq vasitəsidir”.

Onun fikrincə, Rusiyanın burada yanaşması ziddiyyətlidir.

“Belə ki, Rusiya Çeçenistanın ayrılmaq istəklərinə qarşı olduğu üçün Azərbaycanın tərəfini tutmalı idi. Lakin Krımı özünə birləşdirməklə Ermənistanın mövqeyinə yaxınlaşdı. Məhz buna görə də Rusiyanın yanaşması qüsurludur”, - deyə Loşak bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm