Vəfa Quluzadə: “Ermənistan gəlib bizdən üzr istəyəcək, əgər...”
Bizi izləyin

Nida.az

Vəfa Quluzadə: “Ermənistan gəlib bizdən üzr istəyəcək, əgər...”

“Azərbaycanın Qarabağa görə Ermənistana 5 milyard təklif etməsi barədə informasiya bizə qarşı provakasiyadır”.

Publika.az-a açıqlamasında bu sözləri sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Azərbaycanın İrəvana Qarabağ üçün pul təklif etdiyi barədə rus mediasında səslənən iddiaları şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi Qarabağ və Ermənistanın Rusiya üçün strateji rolunu yaxşı bilir: “Bilirlər ki, Qarabağı nə 5, nə də 15 milyarda almaq mümkün deyil. Bu, Azərbaycanı nüfuzdan salmağa yönəlik informasiyadır. Bəzən neft pulları ilə silah aldığını, bəzən də Qarabağa görə pul təklif etdiyini deyirlər”.
V. Quluzadə qeyd edib ki, əgər Ermənistan torpaqları qaytarsa, nəinki 5, hətta 100 milyardlarla qazana bilər.
“Ortada Rusiya faktı olmasa, Ermənistan gəlib bizdən üzr istəyəcək. Heç pul da istəməyəcək. Digər tərəfdən isə, torpaqları qaytarmaqla 100 milyard qazana bilələr. Çünki neft kəmərləri Ermənistandan keçə bilər, Türkiyə ilə sərhədlər açılsa, böyük sərmayələr cəlb edə bilər. Ermənistan bunu yaxşı bilir. İrəvan həm də yaxşı bilir ki, Rusiyanın əsiridirlər. İstəməsələr belə, Rusiyanın əmrindən kənara çıxa bilmirlər”, - deyə sabiq dövlət müşaviri qeyd edib.


Qeyd edək ki, Rusiyanın politrus.com portalında anonim müəllifin Qarabağa dair sensasion məlumatı dərc olunub. İddiaya görə, Bakı Qarabağa görə 5 milyard dollar təklif edib. Bildirilir ki, pul köçürülməsini birbaşa iki ölkənin Mərkəzi bankları arasında deyil, beynəlxalq maliyyə strukturları, məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) üzərindən həyata keçirmək nəzərdə tutulur.

Sayt iddia edir ki, bu məsələ ilə bağlı danışıqlar Cenevrədə gedir. “Ən başlıcası isə budur ki, İrəvan kompensasiyanın məbləğinə razı deyil. Serj Sərkisyanın emissarları bildirirlər ki, ancaq 10 milyard dollar məbləğində danışıqlara razıdırlar və pulun 3 il ərzində alınmasına razılıq verə bilərlər. Yəni, ildə 3 milyard dollar. Bu isə Ermənistanın illik büdcəsinə bərabərdir” - deyə sayt iddia edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm