Nida.az
Ərdoğana təbrik, yoxsa Qarabağ mesajı?
Türkiyənin yeni prezidenti seçilmiş Rəcəb Tayyip Ərdoğana təbrik məktubu göndərmək Ermənistan prezidenti Serj Sərkisyan üçün göydəndüşmə fürsət idi.
Azərbaycan torpaqlarının işğalına görə uzun illərdir sərhədlərin bağlı saxlanılması Ermənistanı acınacaqlı vəziyyətə salıb. İkitərəfli münasibətlərə, demək olar ki, son qoyulması Sərkisyan üçün Ərdoğana çıxış imkanlarının da tükədib. Bu baxımdan, təbrik sözləri altında xahiş və mesajını çatdırmaq üçün indiki məqam əlverişli idi.
Sərkisyan Ərdoğanı prezident seçilməsi münasibəti ilə təbrik
edərək məktubunda deyir: “Türkiyə prezidenti olduqdan sonra mən
şübhə etmirəm ki, bizi ikitərəfli əlaqələrimiz ilkin şərt olmadan
inkişaf edəcək”.
Sərkisyan “ilkin şərt” dedikdə Azərbaycanın işğal olunan
torpaqların azad olunması ilə bağlı rəsmi Ankaranın şərtini nəzərdə
tutur və “Qarabağ məsələsini bir kənara qoyaq” demək istəyir.
Sarkisyan “ilkin şərt”in kənara qolulması üçün sanki acizanə
şəkildə xahiş edir.
Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli S.Sərkisyanın təbrik məktubunu şərh edib.
Onun sözlərinə görə, təbrik məktubu Ərdoğanla qiyabi da olsa təmas yaratmaq üçün Sərkisyana lazım idi: “Uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsinə görə sərhədlər bağlanıb. Bundan da Ermənistan ciddi əziyyət çəkir. Sərkisyanın “ilkin şərt” açıqlaması da buna işarədir. Ola bilsin ki, qarşı tərəf də bu ifadəyə söykənərək yaxınlıq nümayiş etdirsin. Amma bu, gələcəyin işidir. Sərkisyanın təbrikini isə daha çox xahiş kimi qəbul etmək olar”.
Asif
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi