Keçmiş həmsədr: “Prezidentlər Fransada da görüşəcək”
Bizi izləyin

Nida.az

Keçmiş həmsədr: “Prezidentlər Fransada da görüşəcək”

ATƏT-in Minsk qrupunun 1992-1996-cı illərdə rusiyalı həmsədri olan Vladimir Kazimirov erməni mediasına müsahibəsində prezidentlərinin Soçi görüşü və Qarabağ münaqişəsinin həlli ilə bağlı sualları cavablandırıb.

Publika.az-ın verdiyi xəbərə görə, keçmiş həmsədr prezidentlərin Soçi görüşündən sonra hansısa yeni bir prosesin başlanmadığını və Minsk qrupunun saxlanılmasının vacibliyini qeyd edib.

Rusiyanın Soçi görüşü ilə Dağlıq Qarabağ danışıqlarını inhisara götürdüyü barədə iddialara gəlincə, V.Kazimirov bu iddiları qəbul etmədiyini, bu formatda görüşlərin davam edəcəyini deyib: “Dmitri Medvedevin prezidentliyi dövründə prezidentlər dəfələrlə görüşdü. 2002-ci ildə Ki-Uestde Köçəryan və Əliyev arasında həftəlik sammit keçirildi. Bilirəm ki, yaxın gələcəkdə prezidentlər Fransada görüşəcək. Hesab edirəm ki, bu formatı saxlamaq lazımdır”.

O bildirib ki, vasitəçilər təklifləri təqdim edir, onu qəbul edib-etməmək isə tərəflərin işidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm