Ərdoğanın inauqurasiyasına Azərbaycandan kimlər gedir? – baş nazirin sözçüsü DANIŞDI
Bizi izləyin

Nida.az

Ərdoğanın inauqurasiyasına Azərbaycandan kimlər gedir? – baş nazirin sözçüsü DANIŞDI

“Rəcəb Tayyib Ərdoğan prezident kimi fəaliyyətə başlayandan sonra Türkiyə-Azərbaycan münasibətləri daha da inkişaf edəcək”.

Publika.az-a açıqlamasında bu sözləri Türkiyə baş nazirinin mətbuat katibi Əli İhsan Mücahid Arslan deyib.

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə heç kəs şübhə edə bilməz. Mücahid Arslan baş nazir Rəcəb Tayyıb Ərdoğanın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinə diqqətin daha da artırılacağını söyləyib: “Cənab Ərdoğan baş nazir olduğu illərdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı gördüyü işləri daha da genişləndirəcək”.

Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra Azərbaycana səfərinə gəlincə, prezidentin səfər proqramının andiçmədən sonra açıqlanacağını bildirib. “Bu işlə Türkiyə Prezident Administrasiyası məşğul olur”, - Ərdoğanın sözçüsü vurğulayıb.

Mücahid Arslan Türkiyənin yeni prezidentinin andiçmə mərasimində Azərbaycandan yüksək vəzifəli şəxslərin də iştirak edəcəyini istisna etməyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm