"Azərbaycan müharibəyə tam hazırdır"
Bizi izləyin

Nida.az

"Azərbaycan müharibəyə tam hazırdır"

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov cəbhə xəttində baş verən hadisələrə münasibət bildirib.

"Azərbaycan müharibəyə tam hazırdır". Publika.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, son günlər ermənilərin təxribatları əsasında atəşkəslə bağlı baş verən hadisələr və onların nəticələri də Azərbaycanın müharibəyə hazırlığının yüksək səviyyədə olduğundan xəbər verir.

Ә.Әhmədov deyib: "Erməni tərəfinin, erməni şərhçilərinin reaksiyaları da bunu təsdiq edir. Güman edirəm ki, Azərbaycanın cəbhə xəttində mövqelərinin möhkəmləndiyini dərk etməsi və öz ölkələrində daxili narazılıqların artması ilə əlaqədar olaraq cəmiyyətin daxili narazılıqlardan diqqətini yayındırmaq üçün cəbhə xəttində provokasiyalar törətməyə çalışırlar. Azərbaycan bu provokasiyalara layiqincə cavab verib. Ancaq cavab vermək daha çox Azərbaycanın hərbi qüdrətinin kifayət qədər yüksək olduğunu nümayiş etdirməkdən gedir. Bu, Azərbaycanın torpaqlarını azad etməyə hazır olduğunun bir nümayişi olub".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm