Partiya sədri: “AXCP-nin mövqeyi Milli Şuradakı vəziyyətdən irəli gəlir”
Bizi izləyin

Nida.az

Partiya sədri: “AXCP-nin mövqeyi Milli Şuradakı vəziyyətdən irəli gəlir”

“Müxalifətin həbslərlə bağlı yaratdığı Müdafiə Komitəsində AXCP-nin iştirak etməməsini tamamilə haqsız saymıram”.

Publika.az-a açıqlamasında bu sözləri Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan Müdafiə Komitəsində yaranmış qarşıdurmaya münasibət bildirərkən deyib.

VİP sədri qeyd edib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının mövqeyi Milli Şurada yaranmış vəziyyətdən irəli gəlir: “Milli Şura olaylarından sonra tərəf müqabillərinin oranı tərk etməsi cəbhəçilərin tutduqları mövqeyə təsir edib. Amma əgər söhbət həbs olunanların müdafiəsindən gedirsə, burada müdafiə məsələsi ən yüksəkdə dayanmalıdır. Mən onları müəyyən mənada başa düşürəm, lakin müdafiə məsələsində müxalifətdaxili intriqaların yer alması doğru deyil”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm