Nida.az
İŞİD üzvü hədələdi: “Azərbaycan ət piroqudur və biz onun dadına baxacağıq”
“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının üzvü
Məhəmməd Əbu Barud Qafqazda islam dininin əzildiyini iddia
edib.
Publika.az İŞİD-ə yaxın saytlara istinadən xəbər verir ki, cihadçı Qafqazda zənginliyi ilə seçilən Azərbaycanı hazır ət piroqu adlandırır.
Daha çox Qafqaz müsəlmanlarına müraciət olunan yazıda Əbu Barud islamın bu regionda tapdalandığını bildirir: “Amma siz, ey müsəlmanlar, sosial şəbəkələrdə iman axtarırsınız. Profillər açırsınız, mübahisələr edir, müzakirələr aparırsınız. Amma bilmirsiniz ki, sizin imanınız bu gün əsirlikdədir. Suriyada uşaqlar acdır, onlar öldürülürlər. Siz isə zərif yeməklərdən, ədviyyatlı sous, bol soğanlı isti kabab, yanında tərəvəz salatı yeyib kef edirsiniz. Müsəlmanlara kafirlər hücumlar edir, sizlər isə susursunuz”.
İŞİD üzvü daha sonra Azərbaycana xəbərdarlıq edir: “Bir gün İslam Dövləti oralara qədər gələcək. Bizim üçün Dağıstan, Gürcüstan bişmiş almadır, Azərbaycan isə hazır ət piroqudur və bir gün biz onun dadına baxacağıq”.
Asif
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!