Elmar Məmmədyarov ABŞ dövlət katibinin müavini ilə görüşüb
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov ABŞ dövlət katibinin müavini ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilənə görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli məsələlər, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və regiondakı vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm