Azərbaycan hərbi qələbəsini rəsmiləşdirib - Zahid Oruc
Bizi izləyin

Nida.az

Azərbaycan hərbi qələbəsini rəsmiləşdirib - Zahid Oruc

44 günlük savaş milli və siyasi təqvimimizin yeni, parlaq, möhtəşəm salnaməsidir. Azərbaycan xalqı təkcə 30 illik işğala son qoymayıb, həm də böyük zaman ölçüsündə, az qala 300 illik tarixində regional və beynəlxalq şərtləri ədalət və haqq mübarizəsi naminə məharətlə dəyişdirə bilib, əsrlərlə onun taleyini başqa meydanlarda müəyyən edən qüvvələrlə bir masada öz hərbi qələbəsini rəsmiləşdirə bilib.

Publika.az xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc "Zefer.az" saytının təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, buna görə də savaşda qazanılan qalibiyyət qədər heç bir "uğur hekayəsi" bir xalqı dünya xəritəsində qalıcı və güclü etmir: "Yeni milli və siyasi kimliyi formalaşdırmaq üçün kollektiv yaddaşın formalaşdırılması, bu məqsədlə yüzlərlə platformaların və resursların yaradılması təkcə dövlət və hakimiyyət orqanlarından deyil, eləcə də bütün sosial-siyasi qruplardan, dini, etnik və mədəni fərqləri vahid ideal naminə kənara qoyub döyüşlərdə olduğu kimi, eyni məqsəd naminə birləşməyi bacaran hər bir insandan konkret işlər görməyi tələb edir. Yüzlərlə ədəbi, bədii, elmi nümunələrin yaradılması, yaddaş kitablarının yazılması, ordumuzun qəhrəmanlığından bəhs edən gerçək tarixin daş salnamələrə köçürülməsi indiki və gələcək nəsillər qarşısında fövqəladə vəzifələr qoyur. "Zefer.az" informasiya platforması milyonlarla azərbaycanlının yaradıcı gücünü və enerjisini bir araya gətirmək, 44 günlük müqəddəs savaşın hər bir səhifəsini tarixin silinməz "hard disk"inə çevirmək üçün böyük fürsətlər açır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm