Azərbaycan Robert Koçaryan və Serj Sarkisyan barədə axtarış elan etdi
Bizi izləyin

Nida.az

Azərbaycan Robert Koçaryan və Serj Sarkisyan barədə axtarış elan etdi

Azərbaycan Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyan barədə axtarış elan edib.

Publika.az xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, hər iki şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

"Adıçəkilən şəxslər 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə Xankəndi şəhərinin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçirib, Qarabağın ermənilərə məxsus olduğunu və orada yalnız ermənilərin yaşamalı olduğunu bildirib, azərbaycanlıları işdən qovub, Dağlıq Qarabağdan zorla köçürərək evlərini yandırmağı təbliğ ediblər. Həmin şəxslər qondarma “Dağlıq Qarabağ Respublikası”nın elan olunması barədə qanunsuz qərar qəbul etdiklərinə və digər cinayətlər törətdiklərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər”, - deyə məlumatda bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm