Müsavatın emblemi “avropasayağı” ola bilər
Bizi izləyin

Nida.az

Müsavatın emblemi “avropasayağı” ola bilər

Müsavat Partiyasının emblemi dəyişdirilə bilər.

Publika.az xəbər verir ki, bu təkliflə İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli çıxış edib.

Müşavir təklif edib ki, Müsavatın emblemi ətrafına dairəvi olaraq ulduzlar əlavə edilsin. “Bu düzəliş Avropaya inteqrasiya meylini daha aydın şəkildə ifadə edə bilər. Bu həm dövlətimizin, həm də Müsavatın xarici siyasət strategiyasına uyğundur”, - deyə o bildirib.

Hesab etmək olar ki, belə bir təklif Qərbdə Müsavatın zəifləyən imicinin düzəldilməsinə hesablanıb. Belə ki, ötən il prezident seçkilərindən sonra Rusiyanın layihəsi olan Milli Şurada iştirak Müsavatın avroimicinə zərbə vurub. Ziyanın yarısından qayıdan Müsavat həmin vaxtdan etibarən öz imicini düzəltməyə çalışır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm