Nida.az
İsa Qəmbərlə İsgəndər Həmidov “hə”, Pənah Hüseyn “yox” deyir
İsa Qəmbər-Pənah Hüseyn və İsgəndər Həmidov. Ölkədə yeni siyasi
birliyin yaranması haqqında infoprmasiyalar yayılıb. Belə ki, hər
üç şəxs qarşıdan gələn parlament seçkilərində bir blokadan çıxış
edə bilər. Bununla bağlı artıq müzakirələrin başlanıldığı
deyilir.Məsələ ilə bağlı hər üç tərəf fikirlərini Publika.Az -a açıqlayıb.
Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri
Pənah Hüseyn bildirib ki, onların belə bir niyyəti
yoxdur. Onun sözlərinə görə, AXP olaraq heç bir partiya ilə nə
müttəfiqlik etmək, nə də birlikdə təmsil olunmaq istəmirlər: “ Nə
də belə bir danışıq aparırır. O cümlədən Müsavat Partiyası ilə də
heç bir danışıq aparmırıq. Ümumiyyətlə belə bir niyyətimiz yoxdur.
Bu xəbərlərin əsas yoxdur”.
Azərbaycan Milli Demokrat Bozqurd Partiyasınını Təşkilat
Komitəsinin sədri, sabiq daxili işlər naziri İsgəndər
Həmidov isə belə bir müttəfiqliyə razı olduğunu deyib.
Hətta o, daha geniş birliyin olmasını təklif edir: “Mən İsa Qəmbər
və Pənah Hüseynlə 25 ildir eyni hərəkatdayıq. Əgər onlardan belə
təklif gəlsə niyə də razı olmayım. Çox istərdim ki, daha geniş
tərkib olsun”. İ. Həmidov əlavə edib ki, o, bu müttəfiqliyə
Azərbaycan Milli Demokrat Bozqurd Partiyası olaraq
qoşulacaq.
“Hazırda mən partiyanın Təşkilat komitəsinin sədriyəm. Sədr
qurultayda seçiləcək. Belə bir birlik olarsa biz borqurdçular
olaraq qatılacağıq”-deyə o bildirib.
Müsavat başqanın müavini Gülağa Aslanlı isə
hazırda belə bir müzakirələrin getmədiyini bildirib. Lakin qeyd
edib ki, bu mümkün ola bilər: “Ümumiyyətlə hər şey mümkün ola
bilər. Lakin hazırda bu məsələ ilə bağlı heç bir müzakirə, təklif
yoxdur”.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!