Ermənistan ölkəmizə qarşı müharibəni bu cəbhədə davam etdirir
Bizi izləyin

Nida.az

Ermənistan ölkəmizə qarşı müharibəni bu cəbhədə davam etdirir

Aprelin 16-da Kəlbəcər rayonunun Günəşli kəndində kənd sakininin dağıdılmış evinə baş çəkmək üçün həyətinin girişinə yaxınlaşmaq istəyərkən Müdafiə Nazirliyinin minaaxtaran hərbçilərinin peşəkarlığı və sayıqlığı nəticəsində ətrafında sıx yaşayış evləri olan kənd daxilindəki yolun üzərində tank əleyhinə mina aşkar olunub. Əgər bu mina aşkar edilməsəydi və ümumilikdə 20 nəfər olmaqla, əraziyə səfər etmiş Kəlbəcər sakinlərindən, dövlət qurumlarının nümayəndələrindən və İTV-nin çəkiliş qrupundan ibarət heyət vaxtında, operativ qaydada xəbərdar edilməsəydi, onların içərisində olduğu, həmin yolun üzərindən keçmək üçün yaxınlaşan “Kamaz” markalı avtobus mina hadisəsi nəticəsində partlayacaqdı və oradan sağ çıxma ehtimalı çox azdır. Heyəti daşıyan avtobus yolunun üzərindəki tank əleyhinə minanı qəhrəman minaaxtaran əsgər Mərdalı Fərhad oğlu Aşurov aşkar edib.

İlkin araşdırmalar nəticəsində müəyyən edilib ki, tank əleyhinə mina bura 2020-ci il noyabrın 10-dan 25-dək olan müddətdə - Kəlbəcərin təhvil verilməsi üçün istənilən vaxtda evlərinə qayıdacaq dinc əhaliyə qarşı, kütləvi insan tələfatı törətmək məqsədilə basdırılıb. Bu, həmçinin göstərir ki, Ermənistan basdırdığı minaların yerini gizlədib, yəni ölkəmizə təqdim etdiyi mina xəritələrində həqiqət əks olunmayıb.

Bu fakt göstərir ki, Ermənistan mülki əhaliyə, Azərbaycan xalqına qarşı mina müharibəsini davam etdirir. Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında süni görüntü yaratmaq məqsədilə Azərbaycana təqdim etdiyi mina xəritələrinin 80 faizi həqiqəti əks etdirmir.src="/storage/files/upload/c647c30ecfe4093c02b076421b3fb10d8e30972d.jpg" style="width: 873px; height: 850.112px;" class="fr-fic fr-dib fr-fil">Günəşlidəki hadisənin şahidi olan kənd sakini Səməndər Qurbanov Publika.az-a həmin anı və təhlükədən necə qurtulduqlarını danışıb: “Biz həm Tunel faciəsinin ildönümü ilə bağlı, həm də Birinci Qarabağ müharibəsi zamanı şəhid olan Günəşli kəndinin iki hərbi şəhidinin xatirə barelyefinin qoyulması məqsədilə Kəlbəcərə getdik. Həmin şəhidlərdən biri - Qurbanov Zülfüqar Alı oğlu mənim qardaşımdır. Günəşliyə kənd sakinləri, hərbçilər, minaaxtaranlar və çəkiliş qrupu ilə birlikdə 20 nəfərlik heyətlə getmişdik. Əvvəlcə qəbiristanlığa çatdıq, minatəmizləmə qrupu orada axtarış apardı və mina aşkarlanmadığı üçün biz əraziyə daxil olduq və şəhidlərimizi yad etdik. Kəndə daxil olanda minaaxtaranlar yenə də diqqətli şəkildə getdiyimiz hər yerdə axtarış işlərini aparırdılar. Qayıdanda da əlavə olaraq yoxlama aparırdılar. Biz evlərdən birinin yanına çatanda xəbərdarlıq etdilər və avtomobil karvanı dayandı. Orada əraziyə baxış keçirən zaman tank əleyhinə mina aşkarlandı. Ərazi tez nəzarətə götürüldü və orada müəyyən nişanlanma işləri aparıldı. Əgər orada axtarış aparılmasaydı, biz minanın qurbanına çevrilə bilərdik”.

Kəlbəcərin Günəşli kəndində evlərin həyətlərinə minalar basdırılması ilə yanaşı, kənd qəbiristanlığı da vandalizm nəticəsində dağıdılıb, qızıl diş axtarışı məqsədilə insan sümükləri çıxarılıb.

Erməni vandallığını öz gözləri ilə görən müsahibimiz bildirib ki, onların bu əməli heç bir dinə və mənəviyyata sığmır: “Biz orada erməni vandallığının nümunələri ilə qarşılaşdıq, belə ki, işğal dövründə şəhidlərimizin qəbir daşları dağıdılıb, ərazi viran qoyulub. İstər şəhidlərimizin, istərsə də digər kənd sakinlərinin qəbirləri dağıdılıb, baş hissədən qazılıb, qəbir daşları uçurulub. Məzar fotolarında isə güllə izləri var idi. Bir sözlə, qəbiristanlıq viran qoyulmuşdu. Digər diqqətçəkən məqam isə bütün qəbirlərin baş hissələrinin qazılması idi. Biz Birinci Qarabağ müharibəsindən əvvəl də, ondan sonra da ermənilərin vəhşi xislətlərinin şahidi olmuşuq. Onlar xalqımıza qarşı öz çirkin əməllərini reallaşdırıblar. Günəşli Kəlbəcərin ən ucqar kəndlərindən biridir, ona görə də işğal dövründə orada ermənilər yaşamayıblar, onlar sadəcə qarət məqsədilə kəndə daxil olublar. Ermənilər nə qədər vandaldırlar ki, həmin müddət ərzində kənd qəbiristanlığını dağıtmağı, oraları viran qoymağı unutmayıblar. Onların bunu etməkdə əsas məqsədi Günəşli kəndində azərbaycanlıların izini silmək, oranı yaşayış olmayan bir ərazi kimi göstərmək olub. Onlar qəbirləri dağıtmaqla tariximizi məhv etmək, izimizi silmək istəyiblər”.

Mina problemi “Böyük qayıdış”ı əngəlləyən ən böyük maneədir. Hazırda işğaldan azad edilmiş torpaqlarımız mina ilə dünyanın ən çox çirklənmiş ərazisi hesab olunur. Azərbaycan mina təhlükəsi ilə təkbaşına mübarizə aparır, dünyanın mina təhlükəsi ilə mübarizə aparan aparıcı təşkilatları, maliyyə fondları bu məsələdə susqunluq nümayiş etdirirlər. Bu sahədə Azərbaycana lazımi köməkliklərin göstərilməməsi anlaşılan deyil. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə həmin təşkilatlara və fondlara bu barədə israrlı müraciətlər edib. Dövlət başçısının mina təhlükəsi ilə mübarizə sahəsində gərgin fəaliyyəti göz önündədir, bununla bağlı ardıcıl tapşırıq və qərarlar verir. Elə 2022-ci il martın sonunda Azərbaycanda mina mövzusunda beynəlxalq tədbir - “Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq konfrans keçirildi və bu tədbirin hər il ölkəmizdə keçirilməsinə qərar verildi. Konfransda iştirak edən heyətin martın 31-də Ağdama səfəri təşkil edildi. Qonaqlar Ağdamın azad edilmiş hissəsində ANAMA-nın regional mobil düşərgəsinə baxış keçirdilər. İşğaldan azad olunmuş ərazilərdə Ermənistan ordusunun törətdiyi dağıntılar və Azərbaycan dövlətinin həyata keçirdiyi quruculuq işləri, minatəmizləmə əməliyyatı sahəsində işlərin gedişi ilə tanışlıq oldu. Konfransda BMT və digər xarici təşkilatları təmsil edən 30-dək ölkədən 120-ə yaxın iştirakçı var idi.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri tərəfindən 15 000 hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə, 6095 ədəd piyada əleyhinə, 2172 ədəd tank əleyhinə və 9368 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

ANAMA xətti ilə isə bu günədək 8612 ha ərazi təmizlənib, 14 757 ədəd PHS, 10 838 ədəd piyada əleyhinə mina, 5183 ədəd tank əleyhinə mina olmaqla, 30 778 ədəd mina və PHS zərərsizləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm