Nida.az
Səbinə Əliyeva mina təhlükəsindən danışdı
Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva mina təhlükəsi ilə bağlı məlumat verib.
Publika.az">Publika.az Ombudsman Aparatının açıqlamasını təqdim edir:
"Azərbaycanın azad edilmiş ərazilərində mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoyub və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olub. İkinci Qarabağ müharibəsi bitdikdən sonra mina partlayışları nəticəsində həlak olmuş və xəsarət almış azərbaycanlıların sayı 200-ə yaxındır.
Ötən gün Kəlbəcər rayonunun Günəşli kənd sakinlərinin öz evlərini ziyarət etməsi məqsədilə təşkil edilmiş səfərdə növbəti belə faciənin qarşısı alınmış oldu. Belə ki, Azərbaycan Ordusunun hərbi qulluqçusunun sakinlərdən birini müşayiət edərkən ehtiyatlı davranması nəticəsində evlərin sıx yerləşdiyi həmin kənddə tank əleyhinə mina aşkarlanıb, bununla kənd sakinləri, dövlət qurumları və KİV nümayəndələrinin daxil olduğu 20 nəfərin həyatı son anda xilas edilib.
Kütləvi insan tələfatına səbəb ola biləcək həmin minaların 2020-ci ildə Kəlbəcər rayonunun boşaldılması üçün ermənilərə verilmiş müddət ərzində basdırıldığı ehtimal edilir. Təəssüf ki, Azərbaycanın humanist yanaşmasına cavab olaraq Ermənistanın cinayətkar əməlləri günahsız insanların həyatlarına təhlükə yaratmaqdadır. Ötən il iyun ayında da həmin rayonda tank əleyhinə minanın partlaması nəticəsində iki jurnalist və bir məmur həlak olmuşdu.
Ermənistan tərəfindən mülki əhalinin yaşayış yerlərinin yaxınlığında minalar basdırılması və Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına baxmayaraq, dəqiq mina xəritələrinin təqdim edilməməsi beynəlxalq humanitar hüquqa zidd olmaqla, insanların bir çox fundamental hüquqlarının pozulmasına gətirib çıxarır. Bununla bağlı tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər edilsə də, nəticə əldə olunmayıb.
Azərbaycan Ombudsmanı olaraq, bir daha minaların yaratdığı təhlükə ilə bağlı ciddi narahatlığımı bildirir, Ermənistana beynəlxalq hüquqa hörmət etmək öhdəliyini xatırladır və beynəlxalq təşkilatları ədalətli yanaşma sərgiləyərək, qəti münasibət bildirməklə bu məsələdə Azərbaycana dəstək ifadə etməyə çağırıram".
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Nida Xəbər 15 İyul 22:32Milli Məclis təsdiqlədi - Bu dövlət rüsumu 50 manat oldu
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi





































