Azərbaycan tarixi torpaqlarını qaytara bilər: 1920-ci ilin xəritəsi dövriyyəyə girir
Bizi izləyin

Nida.az

Azərbaycan tarixi torpaqlarını qaytara bilər: 1920-ci ilin xəritəsi dövriyyəyə girir

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxış edib. Ölkə başçısı bu konfransda sülh müqaviləsi, sərhədlərin demarkasiya və delimitasiyası həmçinin digər mövzular haqqında bir sıra açıqlamalar verib. Prezident qeyd edib ki, may ayının əvvəlində Brüsseldə Nikol Paşinyan ilə görüş planlaşdırılır. Bəzi ekspertlər bu görüşdə sülh müqaviləsi ilə bağlı konkret addımların atılacağını düşünür.

Brüsseldə keçiriləcək görüşdə tərəflər arasında sülh sazişi ilə bağlı konkret addımlar atılacaqmı?

Publika.az-a müsahibə verən politoloq İlqar Vəlizadə qeyd edib ki, Brüsseldə keçiriləcək növbəti görüşdə hər iki dövlətin öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməsi ilə bağlı danışıqlar aparılacaq.

- İlqar bəy, Brüssel görüşündə tərəflər hansı razılıqlara gələ bilər?

- Brüsseldə keçiriləcək üç tərəfli görüşdə Azərbaycan və Ermənistan imzalanmış olan bəyanatların bəndlərində qeyd olunmuş öhdəliklərin yerinə yetirilməsini müzakirə edə bilərlər. Xüsusilə, sərhədlərin dəqiqləşdirilməsi üçün komissiyanın yaradılması ilə bağlı danışıqlar aparılacaq. Azərbaycan tərəfi sülh müqaviləsinin bağlanması üçün prinsipləri irəli sürüb və Ermənistan bunları qəbul etdiyini açıqlayıb. Brüsseldə isə qəbul edilən qərarlarla bağlı praktiki addımların atılması gündəmdə yer alacaq. Yəni danışıqların əsas predmeti Azərbaycanın təklif etdiyi prinsiplərə uyğun olaraq sülh müqaviləsinin imzlanması olacaq.src="/storage/files/upload/8b114fe824ea2e1232da55e5bc0f7b1e9046124d.jpg" style="width: 517px; height: 344.667px;" class="fr-fic fr-dib fr-fil">

- Bəs, sərhədlərin demarkasiya və delimitasiya olunması üçün hansı xəritələr əsas götürüləcək? Hansı ərazilər Azərbaycanın nəzarətinə keçəcək?

- Biz Gürcüstanla və Rusiya ilə demarkasiya və delimitasiya işlərini apararkən Sovet xəritələrinə əsaslanaraq bu işi görmüşük. Yəni ortada müəyyənləşmiş bir təcrübə var. Azərbaycan dövləti indi də SSRİ hakimiyyətinin yaranmasından 1991-ci ilə qədər olan xəritələri əsas kimi götürməyi təklif edir. Xüsusilə Azərbaycan Gürcüstan və Rusiya ilə sərhədlərin dəqiqləşdirilməsi prosesini apararkən 1970-1980-ci illərin xəritələrindən istifadə edib. Ermənistanda isə bu proses biraz fərqlidir. Adı çəkilən ölkə bəzi açıqlamalarında 1920-ci ilin xəritələrindən danışır, ancaq belə bir şey olarsa, bir sıra ərazilər bizim nəzarətimizə keçməlidir. SSRİ dövründə Azərbaycanın bəzi əraziləri Ermənistan tərəfinə verilib. Ümumiyyətlə, bu xəritələr məsələsinə xüsusi diqqət yetirilməlidir. Onu da demək lazımdır ki, indiki Ermənistan ərazisində olan yaşayış məntəqələri azərbaycanlılara məxsus olub. Bu ərazilərdən biri də Nüvədi kəndidir. Adı çəkilən kənd SSRİ Azərbaycanının ərazisinə daxil idi və çox strateji bir nöqtədir. Sərhədlər demarkasiya və delimitasiya olanda biz bu məsələni də Ermənistan qarşısında qaldıra bilərik. Ümumiyyətlə, əvvəl Naxçıvan ərazisinə daxil olan bir sıra torpaqlar da adı çəkilən ölkəyə SSRİ tərəfindən verilib.

- Ermənistan Zəngəzur dəhlizinin açılmasına problem yaratmağa davam edəcəkmi? Belə olduğu halda Azərbaycan hansı rıçaqlardan istifadə edəcək?

- Bu mövzulara real vəziyyətdə baxmaq lazımdır. Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər sürətlə davam edir. Artıq dəmir yolunun 60 faizi tikilib, eyni zamanda avtomobil yolunun hazır olması ilə bağlı da işlər aparılır. Ermənistan ərazisində isə bu işlər görülmür. Sadəcə adı çəkilən ölkə Zəngəzur dəhlizinin layihəsini qəbul edib. Ermənilər iddia edirlər ki, bu işin görülməsi üçün guya 250 milyonluq büdcə lazımdır. Bundan başqa qarşı tərəf real bir addım atmayıb. Əgər Ermənistan buna razı olmasa, Azərbaycan İran ərazisindən olan alternativ yoldan istifadə edəcək və bu da sadəcə onlara ziyan vuracaq. Onlar mənfəətlərini itirmək istəmirsə, bizim dediklərimizlə razılaşmalıdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm