Nida.az
Şuşaya həyat qayıdır - RƏY
“Müzəffər ordumuzun Şuşanı işğaldan azad etməsindən sonra Azərbaycanın mədəniyyət paytaxtı, eyni zamanda 2023-cü ildə Türk dünyasının mədəniyyət mərkəzi kimi Şuşada davamlı olaraq müxtəlif tədbirlər keçirilir. Şuşa son dövrlər sosial-mədəni və beynəlxalq tədbirlərin həyata keçirildiyi mərkəz kimi rolunu günü-gündən artırmaqdadır”.
Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Ekspertin sözlərinə görə, Şuşada əvvəlcə “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri kimi daha çox incəsənət, mədəniyyət, musiqi sahəsində yerli tədbirlər kimi qeydə alınırdısa, sonrakı dövrdə Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyi, Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı, dünyanın tanınmış beyin mərkəzlərinin nümayəndələrinin müzakirə məkanı kimi də məhz Şuşanın seçilməsi Azərbaycanın mədəniyyət paytaxtına verilən dəyərlə yanaşı, həm də beynəlxalq səviyyəli tədbirlərin ölkəmizin dilbər guşəsində keçirilməsinin aktuallığını bir qədər də yüksəlib: “Son dövrlər Şuşada Beynəlxaq Kulinariya Festivalının və növbəti dəfə “Xarıbülbül” musiqi festivalının keçirilməsi də onu göstərir ki, davamlı olaraq Şuşada yerli və beynəlxalq tədbirlər ard-arda silsilə xarakteri alır. Bununla da yavaş-yavaş Şuşa dirçəlir, Şuşaya həyat qayıdır. Şuşa işğaldan əvvəlki dövründəki kimi insanların gur şəkildə toplaşdığı bir məkana çevrilir. Bu, xüsusi bir yanaşmadır və xüsusi bir konsepsiyanı təşkil edir. Şuşada keçirilən hər bir tədbir onun əhəmiyyətini bir qədər də artırır, geostrateji mövqeyini daha da yüksəldir. Bir daha Azərbaycanın möhtəşəm qələbəsini vurğulayır”.
İ.Hüseynov vurğulayıb ki, Şuşaya sahib olmaq bütün Qarabağa sahib olmaq deməkdir: “Qarabağa sahib olmaq isə Azərbaycanın 30 ilə yaxın müddət ərzində hərbi-strateji, siyasi, iqtisadi planlarına daxil idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik siyasəti nəticəsində biz bu məqsədə nail olduq. Bu baxımdan məhz Şuşanın yenilənməsi, Şuşada müxtəlif sahələri əhatə edən şəxslərin iştirakı və Azərbaycanın ən gözəl guşəsi ilə tanışlığı ölkəmiz üçün müsbət təəssüratlar formalaşdırır. Eyni zamanda dünya miqyasında Azərbaycanın zəfər təntənəsinin qeyd olunması kimi xarakterizə olunur”.
-
Sağlamlıq09:00Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki
-
Sosial08:24Dörd rayonda və Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
-
ABŞ08:00Maskı tərk edənlər elə bir raket istehsal etdilər ki...
-
Ekologiya07:17Bu gün hava necə olacaq? - PROQNOZ
-
İdman06:46Olimpiya çempionları nişanlandılar - FOTO
-
Magazin106:16Emma Ələkbərzadə oğlu ilə belə rəqs etdi - VİDEO
-
Avropa05:156,5 min il əvvəl bəzək əşyasına çevrilmiş insan dişi aşkarlandı
-
MDB04:44Krasnodara PUA hücumu - 2 uşaq həlak oldu, çox sayda yaralı var












.jpg)







.jpg)





.jpg)











