Nida.az
Paşinyanın mina xəritəsi yalanı: İrəvan dünyanı BELƏ ALDADIR
Ermənistanın baş naziri Nikol Paşinyan yenidən yanlış açıqlama verib. Bununla da o, beynəlxalq ictimaiyyəti yenidən aldatmağa çalışıb. Paşinyan Niderland Krallığına səfəri zamanı Azərbaycana qarşı əsassız çıxış edib. O, Azərbaycana guya minalanmış ərazilərin xəritəsini təqdim etdiyini bildirməklə Ermənistanı humanist ölkə kimi göstərməyə səy göstərib. Bununla da guya beynəlxalq ictimaiyyət qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiklərini göstərməyə çalışıb.
Əslində, onun Ermənistanı və başçılıq etdiyi hökuməti humanist göstərməsinin yersiz olduğu sirr deyil. Rəsmi İrəvan beynəlxalq öhdəliklərə əməl etməyən ölkələrdəndir. Bunu yaxın keçmiş də sübut edir. Məhz bu dövlət 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının işğaldan azad olunması haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməkdən boyun qaçırıb. 2020-ci il noyabrın 10-da qəbul edilən üçtərəfli bəyanatın müddəaları da hələ ki rəsmi İrəvanın ucbatından həyata keçmir. Buraya işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi, erməni hərbçilərin regiondan çıxarılması, iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması daxildir. Həmin sənədə əsasən, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Bu baxımdan, Nikol Paşinyanın minalanmış ərazilərin xəritəsinin Azərbaycan tərəfinə təqdim edilməsinə dair verdiyi bəyanat yalandır və həqiqəti əks etdirmir. Ermənistan baş nazirinin iddia etdiyinin əksinə, 2020-ci il noyabrın 10-dan 2022-ci il mayın 10-dək azad olunan ərazilərdə minaların partlaması ilə bağlı 219 hadisə baş verib. Nəticədə 181 nəfər yaralanıb (67 mülki şəxs, 114 hərbçi), 38 nəfər isə həlak olub (31 nəfər mülki şəxs, 7 nəfər hərbçi).
Yeri gəlmişkən, son zamanlar işğaldan azad edilən Azərbaycan torpaqlarında minadan ölənlərin sayı azalıb. Ancaq burada Ermənistanın və Paşinyanın iddia etdiyi “xəritə"nin heç bir rolu olmayıb. Bu, birmənalı olaraq, Azərbaycanın əraziyə nəzarət, maarifləndirmə və təhlükəsizlik tədbirlərini gücləndirməsinin nəticəsidir. Ermənistanın insanlığa zidd addımlar atması, regiona mina “əkməsi”, minalanmış ərazilərin xəritəsini tam verməməsi səbəbindən minlərlə məcburi köçkün bu gün də öz yurdlarını ziyarət edə bilmir. Bu səbəbdən, neçə-neçə yaşlı insan öz doğma torpağını görməyərək dünyasını dəyişib. Bütün bu kimi hallar Ermənistan hakimiyyətinin antihumanist davranışı nəticəsində baş verir. Bu baxımdan, Ermənistan hökumətinin özünü humanist kimi təqdim etmək cəhdi uğursuz jest də sayıla bilər. Çünki bu hakimiyyətin nümayəndələri uzun illərdir beynəlxalq ictimaiyyəti “əzabkeş erməni” obrazı ilə aldatmağa çalışır. Həmin “əzabkeşlər” 30 il Azərbaycan torpaqlarında olmazın vəhşiliklər törədib ərazilərə nizamsız şəkildə mina basdırıblar. İndi isə bu “əzabkeş” etnik qrupun nümayəndəsi dünyanın gözünə baxa-baxa özlərini “humanist” kimi təqdim etməyə çalışır. Uzun zamandan sonra Ermənistan tərəfinin təqdim etdiyi mina xəritələrinin dəqiqliyi isə cəmi 25 faiz təşkil edib. Bu onu göstərir ki, rəsmi İrəvan minalanmış ərazilərin real xəritəsini qəsdən Azərbaycan tərəfinə təqdim etmək istəmir. Bununla da Azərbaycanda basdırılmış minalar vastəsilə müharibəni davam etdirirlər.
Beləliklə, Nikol Paşinyan Niderlanda səfəri zamanı ölkəsini və hökumətini beynəlxalq ictimaiyyətə humanist kimi sırımağa cəhd etdi. O, ölkəsini guya humanist öhdəliklərə əməl edən etibarlı tərəfdaş kimi təqdim etməyə çalışdı. Azərbaycan tərəfi isə təqdim etdiyi real faktlarla onu ifşa etdi və Nikol Paşinyanın çürük humanistlik iddiasının ömrü heç 40 gün də sürmədi.
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var