Rəsul Quliyevin partiyası “oğurluqda” ittiham edilir
Bizi izləyin

Nida.az

Rəsul Quliyevin partiyası “oğurluqda” ittiham edilir

Rəsul Quliyevin yaratdığı iddia edilən Gələcək Azərbaycan Partiyası (GAP) başqasının fəaliyyətini təkrarlamaqda, yəni bir növ “kopiya” etməkdə ittiham ediliblər.

Rəsul Quliyevin yaratdığı iddia edilən Gələcək Azərbaycan Partiyası (GAP) başqasının fəaliyyətini təkrarlamaqda, yəni bir növ “kopiya” etməkdə ittiham ediliblər.

Publika.Az xəbər verir ki, bu ittihamı REAL Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı irəli sürüb. O, “kopiya etməyə çalışıblar, amma deyəsən alınmayıb” deyə bildirib.“Amma maraqlısı odur ki, adamlar 2-3 aya partiya yaratmağa girişiblər, hər-halda bunun anonsunu veriblər. “Azadlıq” qəzetinin də həmən bunu xəbər etməsi maraqlı faktlar arasındadır...”-deyə REAL-çı bildirib.

Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi, GAP Təşkilat Komitəsinin sədri Ağasif Şakiroğlu isə REAL üzvünü ciddiyə almadıqlarını deyib.“Dostlar bu müqəddəs uzun yolda bizə daş atan çox olacaq. Hər daş atana durub cavab vermək məcburiyyətində deyilik. Bizim rəqibimiz bunlar yox, hakimiyyətdir! Belə qeyri-ciddi yanaşmaları ciddiyə almayın! REAL-çı dostlara Ramiz Rövşənin sözləri ilə cavab verirəm:

Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?”-deyə o, R. Rövşənin şeiri ilə də cavab verib.

A. Qasımlı isə GAP rəsmisi haqqında “Rəsul Quliyevin yanında olan insan haqqında mənə heç nə danışmayın” deyə bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm