Nida.az
İsraillə viza rejimi sadələşdirildi
Bu gün Milli Məclis İsraillə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsini nəzərdə tutuan sənədi təsdiq edib.Parlamentin bugünkü iclasında "Azərbaycanla İsrail arasında diplomatik və xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında" sazişin ratifikasiya olunması məsələsi müzakirə edilib.
Sənəd barədə məlumat verən beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib
ki, diplomatik və xidməti pasportlara malik vətəndaşlar digər
dövlətin ərazisinə səfər etmək, tranzit keçmək və ya ilk dəfə daxil
olduqları tarixdən etibarən 180 gün ərzində 90 gündən artıq olmayan
müddətə qalmaq məqsədi ilə daxil olmaları üçün viza əldə etmək
öhdəliyindən azad edilir. Bu müddətdən artıq qalmaq istədikdə isə
vizanın uzadılması üçün icazə tələb edilir.
S.Seyidovun sözlərinə görə, İsrail Dağlıq Qarabağ məsələsində
Azərbaycanı dəstəkləyən mövqe göstərib: "Azərbaycanla İsrail
arasında əlaqələr yüksək səviyyədə inkişaf edib. Bu saziş bu
əlaqələri daha da genişləndirəcək. Bu saziş Azərbaycanın milli
maraqlarına tam uyğun bir sənəddir".
Mənşəcə yəhudi olan millət vəkili Yevda Abramov qeyd edib ki, İsraildə 100 minlik Azərbaycan diasporu var: "Onun 80 faizi vaxtilə Azərbaycanda yaşamış yəhudilərdir. Bu baxımdan diplomatik və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişinə şərait yaradılması təqdirəlayiq haldır".
Onun sözlərinə görə, ötən il İsrailin bir sıra şəhərlərində Xocalı soyqırımına həsr olunmuş fotosərgilər keçirilib.Çıxış edən digər millət vəkilləri də Azərbaycanın yaxın Şərq ölkələri, o cümlədən İsraillə yaxşı əlaqələrinin olduğunu bildiriblər. Onların fikrincə, bu saziş günün tələblərinə cavab verir.Müzakirələrin yekununda saziş təsdiq edilib.
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO