Nida.az
"Evə - Avropaya!" Tbilisidə genişmiqyaslı aksiya - BƏYANAT
Bu gün, Tbilisidə Rustaveli prospektində Gürcüstan parlamentinin qarşısında “Evə - Avropaya” adlı irimiqyaslı aksiya keçiriləcək.
Publika.az xəbər verir ki, aksiyanın təşkilatçıları “Xəcalət” və digər vətəndaş təşkilatlarıdır.
Mitinq təşkilatçılarının bildirdiyinə görə, iyunun 24-də Gürcüstanın deoliqarxizasiyası ilə bağlı tələblər elan olunacaq və tədbirlər planı barədə ictimaiyyətə məlumat veriləcək.
Təşkilatçıların sözlərinə görə, cəmiyyət iyunun 24-də “Gürcüstanı vətəninə Avropaya aparacaq” insanların böyük bir qrupu ilə tanış olacaq:
“Hakimiyyət nə vədlər versə də, onun sözünə sadiq qalacağına inanmırıq, çünki illərdir o, ancaq oliqarxa sadiqliyini sübut edib. Onlar proporsional seçki sistemi haqqında qanun layihəsi atılanda gürcü xalqına verilən vədi pozdular, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə əldə olunan razılaşmanı sabotaj edərək Avropaya verilən vədi pozdular. Ona görə də biz gürcü xalqı islahatların həyata keçirilməsi üçün məsuliyyət daşımalıyıq. Bu proses iyunun 20-də misli görünməmiş mitinqlə başladı və bu, tarix oldu - Bidzina İvanişvili ilə gürcü xalqının iradəsi bir-birindən ayrıldı, bunu dünya açıq şəkildə gördü. Buna baxmayaraq, bizim arxayınlaşmaq üçün heç bir haqqımız yoxdur - gürcü xalqı Gürcüstanın Avropa seçimini müdafiə etməlidir", - deyə təşkilatçılar bəyanatda bildiriblər.
-
Əmlak08:55MİDA güzəştli mənzilləri satışa çıxarır
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin












.jpg)
























