Nida.az
"Şamaxı"nın yeni rəhbəri bəlli oldu
Son günlər Azərbaycan idman mediasında “Şamaxı" klubundakı rəhbər dəyişikliyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir və o cümlədən qismən haqlı narazılıq ifadə edilir.
Publika.az xəbər verir ki, bununla bağlı Premyer Liqa təmsilçisi mətbuat xidməti vasitəsilə rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, “Şamaxı Futbol Klubu” İctimai Birliyinin təsisçilərinin və idarə heyətinin dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində və digər əlaqədar qurumlarda olan zəruri qeydiyyat prosedurları davam edir:
“Bu qeydiyyat prosedurlarının ilkin mərhələsi yekunlaşıb. Hal-hazırda “Şamaxı Futbol Klubu” İctimai Birliyinin idarə heyətinin yeni sədri kimi Elçin Arif oğlu Usub qeyri-kommersiya qurumlarının dövlət reyestrində qeydiyyata alınıb. Müvafiq təsdiqedici sənədlər Ədliyyə Nazirliyi tərəfindən klubun hazırkı rəhbərliyinə 06 iyul 2022-ci il tarixində təqdim edilib.
Qanunvericiliyə uyğun olaraq bütün prosedurlar yekunlaşdıqdan sonra komandanın bütün heyəti, məşqçilər və oyunçular ilə əlaqədar son qərarlar veriləcək. Həmin qərarlar, habelə klubun yeni idarəetmə və inkişaf strategiyası ilə bağlı tezliklə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü