Əli Kərimli “ümidləri doğrultmayan” obrazını dəyişdirmək istəyir
Bizi izləyin

Nida.az

Əli Kərimli “ümidləri doğrultmayan” obrazını dəyişdirmək istəyir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) hüquq müdafiəçilərinin həbsinə etiraz olaraq mitinq keçirmək niyyətindədir.

Publika.az xəbər verir ki, AXCP sədrinin müavini Nurəddin Məmmədli Rəyasət Heyətində razılaşdırılmış mitinqlər keçirməklə bağlı müzakirələrin başlaması təklifinə rayon təşkilatları tərəfindən dəstək gəldiyini açıqlayıb.

“Bu aksiyaların yüksək səviyyədə alınmasının məsuliyyəti birinci növbədə, müxalifət güclərin təmsil olunduğu Milli Şuranın və güclü strukturlara malik olan AXCP-nin üzərinə düşür. Qərar qəbul etmək asan, uğur qazanmaq isə çətindir. Ona görə də partiyanın bütün strukturları fəal iş rejiminə keçməlidirlər. Yaranmış tarixi imkanlardan maksimum səviyyədə bəhrələnməliyik”, - deyə Əli Kərimlinin müavini qeyd edib.


Burada diqqətçəkən məqam mitinqin əsas şüarıdır. Belə ki, həbs olunan şəxslərlə bağlı müxalifət düşərgəsi İsa Qəmbərin və Əli Kərimlinin təşəbbüsü ilə iki ayrı komitə yaradıb. Bu şəxslərin ötən il prezident seçkilərindəki uğursuz nəticədən sonra bir-birinə qarşı sərt mövqedə dayandığı bəllidir. Lakin İ.Qəmbərin müdafiə komitəsi ilə bağlı təşəbbüsü öncə irəli sürməsi və Ə.Kərimliyə də dəvət göndərməsi, AXCP sədrinin isə dəvəti qəbul etməyərək 3 gün aradan sonra ayrıca komitə təsis etməsi şübhələr yaradır.

ADP sədri Sərdar Cəlaloğlunun bir müddət öncə Publika.az-a açıqlaması bəzi şübhələri aydınlaşdırır. S.Cəlaloğlu Əli Kərimlinin ayrıca komitə yaratmasını pul tələsi adlandırmışdı. Qeyd etmişdi ki, müdafiə məsələsində təşəbbüsü ələ almaq istəyən Ə.Kərimli Qərbdən gələcək maliyyəni, dəstəyi, hətta buna görə “sağ ol”u da özü almaq istəyir.

Görünür, mitinq qərarı ilə Ə.Kərimli özünü daha əyani göstərmək istəyir. Bütün hallarda belə bir mitinqin keçirilməsi İ.Qəmbəri bir xal geridə qoymaqdır.

Onu da qeyd edək ki, ötən il prezident seçkiləri zamanı Rusiyanın layihəsi olan Milli Şurada yer alması Qərb dairələrində Əli Kərimli haqqında “ümidləri doğrultmayan” obrazını yaratdı. Onun üçün bu rəyin dəyişdirilməsi çox vacibdir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm