Nida.az
“Azərbaycanı anti-Rusiya koalisiyasına qoşmaq istəyirlər” - Açıqlama
“NATO Azərbaycanın ərazisindən forpost kimi istifadə etməklə bizi anti-Rusiya koalisiyasına qoşmağa çalışır”.
Publika.az-a açıqlamasında Milli Məclisin
Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan dövləti bu cəbhədə yer
almayacaq: “Azərbaycan kimi dövlətin strategiyası budur ki,
anti-Rusiya müharibəsinin, eləcə də anti-NATO savaşının
cəbhələrində yer almayacaq. NATO ilə münasibətlər var, əməkdaşlıq,
transformasiya, hərbi sahədə əməkdaşlıqlar mövcuddur. Lakin təcrübə
göstərir ki, NATO onunla əməkdaşlıq edən ölkələrə qarantlı mövqedən
yanaşmır. Misal üçün, Gürcüstan NATO-ya Azərbaycandan daha çox
yaxınlaşıb. Amma bu ölkənin ərazi bütövlüyünə münasibətdə NATO
adekvat münasibət göstərmir. Bu baxımdan, ehtiyatlı olmaq lazımdır.
Azərbaycan ağıllı hərəkət edir, NATO ilə münasibətləri lazımi
səviyyədə saxlayır, lakin bu münasibətlərdən üçüncü dövlətə qarşı
istifadəsinə yol vermir. Yəni, biz NATO ilə əlaqələrimizi İran üçün
savaşda, yaxud Rusiya ilə hər hansı qarşıdurmada amil kimi ortaya
qoymamışıq”.
Qeyd edək ki, Bu gün NATO-nun iki günlük Uels sammiti başlayır və Azərbaycan da burada yüksək səviyyədə təmsil olunur. Sammitdə Rusiyaya qarşı fəaliyyət planının müzakirə olunacağı gözlənilir.
Asif
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...