Nida.az
Arif Hacılı ilə Hikmət Hacızadə arasında “qrant” qalmaqalı: “Hansı öhdəliyi götürmüsən?”
Müsavat Partiyasının Məclis üzvü, tanınmış politoloq Hikmət
Hacızadənin başqanlığa iddialı olanlardan Qubad İbadoğlunu
dəstəkləməsi partiyadaxili qalmaqala səbəb olub.
Publika.az xəbər verir ki, Arif Hacılıya yaxın
şəxslər H. Hacızadəyə qarşı sosial şəbəkələrdə hücuma
başlayıb.
A. Hacılının əsas təbliğatçılarından olan Əfqan Muxtarlı sosial
şəbəkədə H. Hacızadəni qrantyeyən adlandırıb: “Deməli, üzv olduğun
partiyanın ağır zamanlarında yoxa çıxıb, qrant əldə edən,
referendumda, seçkilərdə gözə görünməyən, meydanlara çıxıb haqqı
tələb edənlərə yuxarıdan aşağı baxan, seçkilər zamanı özündən başqa
heç bir ailə üzvü imza vərəqəsinə imza atmayan şəxsə ziyalı
deyilir. Ziyalılar yığışıb Müsavata başqan seçmək üçün hərəkətə
keçiblər”.
H. Hacızadə isə buna cavab olaraq statusun şərh hissəsinə meymun fotosu qoyub, eləcə də, Müsavatın qərargahında Qubad İbadoğlu ilə görüşü haqda informasiyanı paylaşıb.
Ancaq ona qarşı hücumlar bununla səngiməyib. Belə ki, Hacılıya yaxın şəxs və onun namizədliyini müdafiə edən Muxtarlı bəyan edib ki, Hikmət Hacızadənin təşkilatını avqustun 18-də bağlayıb, hesablarına həbs qoyublar: “Ancaq bu şəxs məlumatı gizli saxlayıb, jurnalistdən xahiş edib ki, yazma, danışıqlar aparıb təşkilatın fəaliyyətini bərpa edəcək. Sonra da mübarizədən, ziyalılıqdan dəm vurur. Adam, kiminlə danışıq aparmısan? Hökumətlə? Belə isə, hansı öhdəliyi götürmüsən?”
Asif
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ