Nida.az
“Qarabağın həlli üçün Qərb Rusiyanı dağıtmalıdır”- Vəfa Quluzadə
“Con Kerrinin iştirakı ilə prezidentlərin Uelsdə görüşündən
sonra münaqişənin həlli istiqamətində ani irəliləyişlər gözləmək
çətindir. Çünki burda çox faktorlar var. Əsas faktor da Rusiyanın
mövqeyinin dəyişməsidir”.
Publika.az-a açıqlamasında bu barədə sabiq
dövlət katibi, politoloq Vəfa Quluzadə NATO-nun Uels sammiti
çərçivəsində ABŞ Dövlət katibi Con Kerrinin iştirakı ilə Azərbaycan
və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən deyib.
Kerrinin Minsk qrupunun fəaliyyətinin davam etdirilməsi ilə
bağlı açıqlamasına münasibət bildirən V. Quluzadə bunu Rusiyaya
mesaj olaraq qiymətləndirib:
“Rusiya məmnuniyyətlə Minsk qrupunu dağıdardı. Bununla da özü
münaqişənin həllində hakim olmaq imkanı qazanardı. Çünki Rusiyanın
tələbləri var. Onlar tələb edir ki, Azərbaycan keçmişdəki kimi
Rusiyanın tərkibinə daxil olsun. Torpaqlarının azad olunmasının
tələb etməsin. Necə ki, biz 70 il Sovet İttifaqının tərkibinə olduq
və Zəngəzuru, Göyçəni tələb etmədik. İndi də elə etmək istəyirlər,
lakin bu da bizə sərf etmir”, - deyə politoloq qeyd edib.
V. Quluzadə bildirib ki, baxmayaraq ki 22 ildir Minsk qrupu heç
bir nəticəyə nail olmayıb, biz yenə də ondan möhkəm yapışmalıyıq:
“Minsk qrupunun nəticəsiz fəaliyyətinə səbəb də Rusiya olub. Hesab
edirəm ki, ABŞ Minsk qrupunu aktivləşdirməlidir. Vaxtilə bizim
təşəbbüsümüzlə Amerika Minsk qrupunda təmsil olundu. Ona qədər,
Rusiya Fransa ilə birləşib ABŞ-ı kənarda saxlamaq istəyirdilər.
İndi ABŞ və Fransa Minsk qrupunu aktivləşdirərək münaqişəni
beynəlxalq hüquq çərçivəsində həll etməlidirlər. Bu da o vaxt
mümkün olacaq ki, Rusiyanın imperiya olmağa həvəsi qalmayacaq. Qərb
buna nail olmalı və Rusiyanı dağıtmalıdır”.
Qeyd edək ki, dünən Uelsdə Azərbaycan Prezidenti İlham Əliyev,
Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con
Kerri arasında üçtərəfli görüş keçirilib.
ABŞ-ın təşəbbüsü ilə keçirilən görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər
müzakirə edilib. Dövlət başçıları qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında da fikir mübadiləsi apararaq öz yanaşmalarını
təqdim ediblər.
ABŞ-ın dövlət katibi Kerri isə çıxışında münaqişənin sülh yolu
ilə həllinə alternativ olmadığını vurğulayıb və eskalasiyanın
qarşısını almaq üçün tərəfləri mümkün çıxış yolları tapmağa
çağırıb. Con kerri həmçinin tərəflər arasında etimadın da
yüksəldilməsinə diqqət çəkib.
Bundan başqa, dövlət katibi danışıqların ATƏT-in Minsk Qrupunun
formatında davam etməsinin əhəmiyyətini vurğulayıb və münaqişənin
sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu bildirib. O
həmçinin münaqişənin sülh yolu ilə həlli üçün siyasi iradənin
vacibliyini qeyd edib.
Asif Nərimanlı
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO