Nida.az
İlham Əliyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşına çevrilib
Azərbaycan ilə NATO arasında tərəfdaşlığın iyirmi ili ərzində ölkəmiz Alyansın bir çox fəaliyyət sahəsinə töhfə verən etibarlı tərəfdaşa çevrilib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Zirvə toplantısının Əfqanıstan üzrə görüşündə çıxışı zamanı deyib.
Prezidentin sözlərinə görə, Azərbaycan regional təhlükəsizlik və
sabitlikdə mühüm rol oynayır: "Bununla belə, bu gün regionumuzdakı
təhlükəsizliyə ən böyük hədə Azərbaycan ərazisinin iyirmi faizini
təşkil edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında
saxlayan Ermənistanın işğalçılıq siyasətidir. Ermənistan
azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və
bunun nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün
vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi
Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və
qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki,
Ermənistan onlara məhəl qoymamaqda davam edir və münaqişə həll
olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları və
Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir.
Biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk. Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək. Beləliklə, o, ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc hesabına dəyişmək kimi səhv düşüncədən yayındırmağa birmənalı şəkildə yardım edir".
Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstana uzunmüddətli
inkişafın təmin edilməsi üçün hərtərəfli töhfə verir: "Azərbaycan
bu sammitin bütün üç sahəsinə töhfə verən NATO-nun 5 tərəfdaşından
biridir. Azərbaycanın hərbi kontingenti lap ilkin vaxtlardan İSAF
qüvvələrində xidmət edir. Azərbaycanın müxtəlif akademiyalarında
Əfqanıstanın hüquq mühafizə və hökumət rəsmiləri üçün geniş təlim
proqramları həyata keçirilir. Əfqanıstanın Milli Ordusunun
Qəyyumluq Fonduna 3 milyon avro keçirilib, digər 1 milyon isə
istehkam əməliyyatlarına sərf olunub".
İlham Əliyev bildirib ki, İSAF qüvvələri üçün məhvetmə gücünə malik
olmayan malların tranzitinin 40 faizi Azərbaycan tərəfindən təmin
edilir: "Bundan əlavə, gələcəkdə iştirak edəcəyimiz "Qətiyyətli
dəstək" əməliyyatı üçün mühüm tranzit imkanları yaradacaq
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi gələn bir neçə ay
ərzində başa çatdırılmalıdır. Xəzər regionunda ən böyük Azərbaycan
Beynəlxalq Dəniz Limanı ilə birgə bu dəmir yolu xətti həm bütün
region, həm Əfqanıstan üçün böyük ticari və iqtisadi imkanlar
açacaq. Bu, Uzaq Şərq ilə Avropanı birləşdirən marşrutun tam
ortasında yerləşən Əfqanıstana iqtisadi inkişaf verə bilər.
Müstəqilliyin ilk illərində durğunluq və böhrandan davamlı sabitlik
və surətli iqtisadi artıma keçmiş ölkə kimi Azərbaycan öz
təcrübəsini Əfqanıstan ilə bölüşməyə və həmin ölkədə müxtəlif
yenidənqurma və sərmayə layihələrində iştirak etməyə hazırdır. Sağ
olun".
Qeyd edək ki, sentyabrın 4-də Uelsdə NATO-nun sammiti işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitin
açılışında iştirak edib.
Tədbirdə Alyansa üzv olan və İSAF proqramında iştirak edən tərəfdaş
ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan nümayəndələr
iştirak ediblər. Həmçinin BMT-nin və Avropa İttifaqının ali
nümayəndələri də sammitə qatılıblar.
Sammitin gündəliyinə Ukrayna hadisələri, Əfqanıstanın gələcəyi,
yeni təhdidlərə qarşı mübarizə, təhlükəsizliyin təmininə töhfə
verən silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın
möhkəmləndirilməsi, İraq və Suriya böhranı ilə bağlı məsələlər
daxil edilib.
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?