Gənc cəbhəçi :“Burda yerlibazlıq var...iç üzləri açılıb”
Bizi izləyin

Nida.az

Gənc cəbhəçi :“Burda yerlibazlıq var...iç üzləri açılıb”

D. Babayev AXCP Gizli İşgüzar Qrupunun nə olduğuna da aydınlıq gətirib. Onun sözlərinə görə, bu qrupda ancaq AXCP GK üzvləridir və orda məlumatlar, müsahibələr paylaşılır, onu da üzvlər görə bilir.


“AXCP Gənclər Komitəsində yerlibazlıq var. Bir neçə qruplaşma yaradılıb. Bir neçə nəfər İmişlidən, bir neçəsi Naxçıvandandır. Ümumiyyətlə, regionçuluq var və əsas amil kimi də bu götürülür. Əgər kimsə səhv deyirsə də, onunla eyni regiondan olan mütləq dəstək verir. Ədalətsizlik ola belə regionçuluq gözlənilir. Son vaxtlar da mənə qarşı qara piar kampaniyası başlayıb”.

Bu barədə AXCP GK üzvü, fəal cəbhəçi kimi tanınan Dəyanət Babayev Publika.Az -a açıqlamasında deyib. O, AXCP GK istefa verdiyini açıqlayıb.

“Guya mən orda olan hadisələri başqalarına çatdırıram”

D. Babayev qeyd edib ki, ona qarşı aparılan qara piar kampaniyasında dünən bəzilərinin iç üzü açılıb: “AXCP-nin 150 nəfərlik Gizli İşgüzar Qrupunda bir nəfər mənim haqqımda kəskin formada təhqiramiz söz istifadə etdi. Mənim GK uzaqlaşdırılmağımla bağlı sual verilmişdi, cavab olaraq da deyilmişdi ki, guya mən orda olan hadisələri başqalarına çatdırıram. Bəziləri deyirdilər ki, mən partiyanın Nərimanov rayon təşkilatında sədr müavini olduğum üçün burda olmamalıyam. Həmin qrupda yazılanları mən oxuya bilmirəm. Amma etibar etdiyim bir dostumun profilində daxil olub oxudum. Orda mənim haqqımda yanlış məlumatlar yazılmışdı. Guya mənim çıxmağımın səbəbi kiminləsə dost olmağımdır. Yaxud filankəs filankəsi söyüb. Uşaq söhbətləridir. Ciddi olmayan yerdə mənim qalmağım da mümkünsüzdür”.

“Təəssüflər olsun ki, rəhbərlik bunu görmədi”

D. Babayev bildirib ki, Əbülfəz Qurbanlı GK sədri olanda vəziyyət tamam başqa cür idi.“Əbülfəz Qurbanlı sədr olanda təbii ki, GK çox güclü idi. Həm də biz dost idik, dost olaraq da qalacam. Görünür yeni sədr gənclərlə bir qədər işləyə bilmir. Mənə ağır gələn odur ki, hər kəsin səhvi ola bilər, xüsusilə gənc olanda. Hərçənd mən səhvimin olduğunu düşünmürəm. Amma tutaq ki, kimsə mənim səhvimi görübsə, bunu mənim özümə deyə bilərdilər. Düşünmək lazım idi ki, mən dəfələrlə mübarizədə həbsdə olmuşam, dəfələrlə təzyiq olunub. Hazırda da şərti məhbus olaraq gəzirəm. Nə olsun ki, həbsxanada deyiləm. Sabah xırda bir hadisəyə görə yenə həbsə düşə bilərəm. Heç olmasa belə şeyləri nəzərə almaq lazım idi. Təəssüflər olsun ki, AXCP GK rəhbərliyi bunu görmədi. Orda hörmət etdiyim, xətrini istədiyim insanlar var. Lakin bəziləri, xüsusilə rəhbərlik məsələyə biganəliklə yanaşdılar. Əbülfəz Qurbanlı sədr olanda hər xırda insidenti görürdü və tez yoluna qoymağa çalışırdı. İndi İlham Hüseynli mənə qarşı aparılan kampaniyanı görmürdü. Bəs necə oldu ki, mənim statusumu tez gördü, 10 dəqiqənin içində inboksuma yazdı. Amma qara piarı görüb nəsə tədbir görmədi. Misal üçün, ölkədə nəsə xırda hadisə baş verəndə dövlət başçısını günahlandırır. Hər bir təşkilatda baş verənlərə də onun rəhbərliyi cavabdehdir.

AXCP GK baş verənlərə görə də təşkilatın rəhbərliyi məsuliyyət daşıyır. Nə olsun ki, onunla münasibətim yoxdur. O rəhbərdir, məsuliyyəti üzərinə götürüb, indi də cavab verməli, araşdırmalıdır”-deyə gənc cəbhəçi vurğulayıb.

D. Babayev AXCP Gizli İşgüzar Qrupunun nə olduğuna da aydınlıq gətirib. Onun sözlərinə görə, bu qrupda ancaq AXCP GK üzvləridir və orda məlumatlar, müsahibələr paylaşılır, onu da üzvlər görə bilir.
“Mən AXCP-dən istefa vermirəm. Bundan sonra da fəaliyyətimi üzv olduğum Nərimanov rayon təşkilatında sədr müavini olaraq davam etdirəcəm. Əlimdən gələni edəcəyəm”-deyə o vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm