AXCP-dən əzələ nümayişi: “Müsavat rəqibimiz ola bilməz”
Bizi izləyin

Nida.az

AXCP-dən əzələ nümayişi: “Müsavat rəqibimiz ola bilməz”

“Müsavat Partiyası kiminsə blok yaradır, kiminlə əməkdaşlıq edir, özü bilər. Bu onların daxili işidir. AXCP-ni Müsavat daha maraqlandırmır”.

Bu barədə AXCP sədrinin müavini Həsən Kərimov Publika.Az –a açıqlamasında Müsavat Partiyasının yeni siyasi birlik yaradacağı haqqında deyilənlərə münasibət bildirərkən deyib. Müsavata uğurlar arzulayan H. Kərimov onu da qeyd edib ki, 2015-ci il parlament seçkilərində onlar AXCP-yə opponent, yaxud rəqib ola bilməzlər.

“Biz Milli Şura olaraq hansısa qüvvəni, o cümlədən müsavatı opponent saymırıq. Milli Şura 2015-ci ilə kimi kifayət qədər güclənəcək, öz ətrafında daha sanballı ziyalıları, qüvvələri, gənclər təşkilatlarını birləşdirəcək. Bundan sonra kimlərinsə bizə opponentlik edə biləcəyini düşünmürəm və belə bir gözləntim də yoxdur”-deyə AXCP rəsmisi vurğulayıb.

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra İsgəndər Həmidov və Pənah Hüseynlə yeni siyasi birlik yaradacağı haqqında informasiyalar yayılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm