Nida.az
Yeni partiyadan “oğurluq” ittihamına cavab: “Qeybət bizim işimiz deyil”
“Bu, qısqanclıqla bağlıdır. Çünki uzun müddət ictimai-siyasi hərəkat kimi fəaliyyət göstərən bəzi qurumlar, o cümlədən REAL hərəkatı bəhs siyasi partiyaya çevrilmək istiqamətində addımlar atmağa cəhd edir. Amma prosesi sürətlə apara bilmir, məlum olmayan səbəblərdən partiyaya çevrilməsi ləngiyir. Onların bizim nəyi “kopyaladığımızı” da özləri deyə bilərlər. Vallah, söhbətin nədən getdiyini də bilmirəm”.
Bu barədə Gələcək Azərbaycan Partiyasının (GAP) Təşkilat Komitəsinin sədri Ağasif Şakiroğlu REAL hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlının onlarla bağlı “kopiya etməyə çalışıblar, amma deyəsən alınmayıb” sözlərinə münasibət bildirərkən deyib.
A. Şakiroğlu bildirib ki, onlar oktyabr ayından sonra ciddi müzakirələr aparıb, dekabrda Təşkilat Komitəsi yaranıb, yanvarın 30-da qurumun rəsmi təqdimatı keçirilib: “Bu proseslərin sürətlə getdiyi bəzi adamları narahat edir, ya da qısqandırır. Biz öz işimizi görəcəyik, cəmiyyət qiymət verəcək. Buna qədər şər atan da, böhtan deyən də olacaq, qısqanclıqlar da olacaq. Min cür sözlər deyiləcək. Amma biz cavab vermək niyyətində deyilik. Azərbaycanın siyasi sistemi qəribədir. Buna baxmayaraq yolumuza davam edəcəyik. Qeybət etmək bizim işimiz deyil. Məcburiyyət qarşısında qalıb cavab verdik, bundan sonra isə belə atmacaqlara cavab vermək fikrimiz yoxdur”-deyə o vurğulayıb.
Qeyd edək ki, Azər Qasımlı GAP-la bağlı belə
deyib : “Kopya etməyə çalışıblar, amma deyəsən,
alınmayıb. Amma maraqlısı odur ki, adamlar 2-3 aya partiya
yaratmağa girişiblər, hər-halda bunun anonsunu veriblər. “Azadlıq”
qəzetinin də həmən bunu xəbər etməsi maraqlı faktlar
arasındadır”.
Asif
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular