Nida.az
İŞİD-çi azərbaycanlılar Ukraynaya gedir: “Saqqalsızlara qarşı Cihad”- Şok Detallar
İŞİD-in İraqda savaşan Qafqaz əmirliyi Ukraynada Rusiyaya qarşı döyüşmək qərarına gəliblər.
Publika.az xəbər verir ki, bu barədə Abdullah Pashtun adlı şəxs
tərəfindən sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, döyüş əməliyyatı “saqqalsızlara qarşı Cihad” adlanır və bu, Qafqaz əmirliyinə daxil olan cihadçılar tərəfindən həyata keçiriləcək. Məlumatı yayan şəxs iddia edir ki, əmirliyə çoxsaylı çeçenlərlə yanaşı, Qafqazdan olan digər xalqların nümayəndələri, azərbaycanlılar, Dağıstan müsəlmanları olan ləzgilər, avarlar, darginlər, balkarlar və digərləri də daxildir. Həmçinin əmirliyin daxilində Türkiyədən olan döyüşçülər də var.
İddialara görə, Ukraynada Rusiya əleyhinə döyüşdə hər bir cihadçının ailəsinə aylıq 1000 ABŞ dolları məvacib veriləcək. Həmçinin, döyüş meydanında əldə olunan bütün qənimətlər bölünəcək.
Qeyd edək ki, iyul ayında çeçen analitiki Mairbek Vatçagayev də
Ukraynada antirusiya əməliyyatı haqda yazmışdı. Lakin o, bu
əməliyyata, əsasən Avropadan olan çeçenlərin qatılacağını deyirdi.
Beləliklə, Ukraynada Rusiya əleyhinə ikinci cəbhə açılacaq. Onun
sözlərinə görə, çeçenlərə Rusiyadan qisas almaq üçün bu, yaxşı
fürsətdir.
Abdullah Pashtun isə iddia edir ki, İŞİD-də Qafqaz əmirliyinə hakim
çeçenlər də bu döyüşlərdə iştirak etmək fikrinə məhz bundan sonra
düşüblər.
Məlumat üçün bildirək ki, İŞİD tərkibində İraq döyüşlərində iştirak
edən azərbaycanlılar Qafqaz əmirliyinə daxildir. İŞİD-in Suriya
qolunda isə azərbaycanlılar ayrıca camaat olaraq təmsil olunur.
Asif Nərimanlı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?