Nida.az
Vaşinqton İŞİD-ə qarşı müttəfiq yığır: Siyahıda Azərbaycanın da adı var
ABŞ Prezidenti Barak Obama İŞİD-ə qarşı mübarizədə terror
planını elan etməyə hazırlaşır. Onun fikrincə, təhlükə birbaşa
Amerikaya qarşı yönəlib. Belə ki, ABŞ İŞİD-in tutduğu ərazilərə
ordu çıxarmaq, sürətli hücum etməklə qalib gəlmək
niyyətindədir.
Publika.az xəbər verir ki, Birləşmiş Ştatlar İŞİD təhlükəsinə qarşı beynəlxalq koalisiyanın yaradılması üçün NATO-nun Uels sammitindən müstəvi olaraq da istifadə etdi.
Obama 10 sentyabrda Konqres rəhbərliyinə öz fikirlərini
çatdıracaq.
Ağ Evin sahibi Uels sammiti sonrası NBC telekanalına müsahibəsində
bildirdi ki, o, amerikalıların təhlükəni anlamasını və qarşısını
ala bilmələrini istəyir.
“ABŞ vətəndaşları əmin ola bilərlər ki, biz terrorçuların
öhdəsindən gələcəyik”, - deyə Obama vurğulayıb.
Prezidentin sözlərinə görə, ABŞ kəşfiyyatında bilavasitə təhlükənin
mövcudluğu haqqında hələlik hər hansı məlumat yoxdur. Obama
amerikalılar üçün əsas təhlükəni İŞİD tərəfindən vuruşan
avropalılarda görür - onlar ABŞ ərazisində maneəsiz daxil ola və
terror aktı törədə bilərlər.
Obama çoxdandır ki, İraq üzrə dəqiq strategiyanın qəbulunu
gözləyir. O, bu barədə bildirib ki, İŞİD-ə qarşı mübarizə yeni İraq
müharibəsi deyil: “Bu, terrora qarşı mübarizədir və biz bunu son 7
ildə daimi olaraq həyata keçiririk”.
İndi ABŞ İraq və kürdlərin peşmərgə güclərinə dəstək verməklə
beynəlxalq koalisiya tərkibində havadan hücumlar etmək istəyir.
Obama “Beynəlxalq koalisiyanın tərkibində daxil olaraq biz onların
döyüşçülərini dağıdacaq, onların nəzarət etdiyi əraziləri azad
edəcəyik və biz qalib gələcəyik” deyə diqqətə çatdırıb.
Lakin ekspertlər bunu ABŞ-ın yeni İraq müharibəsi olaraq
dəyərləndirir.
İctimai-siyasi tədqiqatlar mərkəzinin direktoru Vladimir Yevseyev
hesab edir ki, Vaşinqtonda qanunauyğunluq lazımdır.
“Əslində, amerikalılar İraq üçün deyil, İraq Kürdüstanı üçün
vuruşurlar. Əgər zərbələrin endirilməsinə diqqət yetirsək, onlar
kürdlərin zərər görməməsinə çalışırlar. Amerikalılardan soruşmaq
lazımdır ki, siz Kürdüstanı de-yure olaraq tanımağa
hazırlaşırsınızmı? Belə imkan prinsip etibarilə mövcuddur, lakin bu
problemə qarşı təkcə İran və Türkiyə çıxmayacaq. Azərbaycan da
bunun əleyhinə olacaq. Buna görə ABŞ Yaxın Şərqdə hər şeyi onların
siyasətinə bağlamaq istəmir”, - deyə siyasi ekspert vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İŞİD-ə qarşı beynəlxalq koalisiyanın
yaradılması ideyasını MKİ direktoru Pol Brennan irəli sürdü. Onun
ardınca ABŞ Dövlət katibi Con Kerri NATO-nun Uels sammitində 10
ölkənin adını çəkdi. Bunlar Avstraliya, Böyük Britaniya, Almaniya,
Danimarka, İtaliya, Kanada, Polşa, Türkiyə və Fransadır.
Bu ölkənin xarici işlər nazirləri hələ ki Suriya və İraqa nüfuz
etmək üçün ilk növbədə İŞİD-in gəlir mənbələrini aradan qaldırmaq,
həmçinin neft ticarətinin qarşısını almaq üçün razılaşdılar.
Qahirədə bazar günü keçirilən Ərəb dövlətləri Liqası ölkələrinin
xarici işlər nazirlərinin görüşündə də bu məsələ müzakirəyə
çıxarıldı və İŞİD-ə qarşı mübarizə üçün lazımi ölçülərin
götürülməsinə razılıq verildi. Onlar BMT-nin İŞİD-ə maliyyə və
digər dəstəyi kəsməsi ilə bağlı qərarını dəstəklədiklərini
açıqladılar.
Beləliklə, İŞİD-ə qarşı xüsusi beynəlxalq koalisiya yaradılır.
Rusiya mediası iddia edir ki, koalisiyaya qatılacaq ölkələr
arasında Azərbaycan da var.
Əslində, bu, müəyyən mənada inandırıcıdır. Birincisi ona görə ki, Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-ın əsas müttəfiqlərindəndir. Bunun Əfqanıstanda şahidi olduq. Həmçinin bir sıra beynəlxalq təhlükəsizlik məsələlərində rol alır.
İddialara görə, ABŞ İŞİD-ə qarşı xüsusi əməliyyata sakitcə razılıq verib və bunun üçün koalisiyanın yaradılması üzərində iş gedir. Ehtimallara görə, bu koalisiyanın əsas dayaqlarından biri Türkiyə, dolayısı yolla da Azərbaycan olacaq. Lakin Azərbaycanın daha çox texniki dəstək verəcəyi hesab olunur.
Asif Nərimanlı
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO