“Leyla Yunus Ermənistanda yaşayır”- İTTİHAM
Bizi izləyin

Nida.az

“Leyla Yunus Ermənistanda yaşayır”- İTTİHAM

“Leyla Yunusun Azərbaycan vətəndaşı kimi şərəfli adı daşımasına hüququ yoxdur. Azərbaycan vətəndaşı Vətənini, dövlətini sevən, onun uğurlarına sevinən, dinc sabahına inam hissi ilə yaşayan və bu seçilməyən dəyərlər uğrunda çalışan insandır. Vətən amil


“Leyla Yunusun Azərbaycan vətəndaşı kimi şərəfli adı daşımasına hüququ yoxdur. Azərbaycan vətəndaşı Vətənini, dövlətini sevən, onun uğurlarına sevinən, dinc sabahına inam hissi ilə yaşayan və bu seçilməyən dəyərlər uğrunda çalışan insandır. Vətən amilini anlamayan insan Azərbaycan vətəndaşı ola bilməz!”.
Bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasından Publika.Az –a daxil olan bəyanatda partiyanın sədri Fatma Əliyeva deyib.

Onun sözlərinə görə, Leyla Yunus ilin yarısından çoxunu Ermənistanda yaşadığı halda necə olur ki, qəfildən Azərbaycanda peyda olur və bu məmləkətdə “hüquq müdafiəçisi” adı altında “fəaliyyət” göstərir: “Qüdrətli ölkəyə çevrilən Azərbaycanın uğurlarına qıcıqlanan bu ermənipərəst, onların əzizi sayılan Leyla Yunus və onun havadarları əlbəttə havalanacaq, öz təcavüzkar məqsədlərini həyata keçirmək üçün dəridən-qabıqdan çıxacaqlar. Leyla Yunus prezident seçkiləri ərəfəsində “siyasi məhbus” planı ilə aranı qatmağa çalışsa da buna nail ola bilmədi. Bu gün sərhəd bölgələrimizində ermənilər tərəfindən atəşkəsin pozulmasının müntəzəmliyilə Leyla Yunusun yenidən peyda olması və “siyasi dustaq”ların sayının iki dəfə artırılması məqsədi arasında bir əlaqənin olması danılmazdı. Erməni qəsbkarlarının fəallaşması ilə Leyla Yunus gündəmə atdığı qərəzli kampaniya şərtsiz və şərhsiz eyni amala xidmət edənlərin düşmənçilik mövqeyini üzə çıxarır. Leyla Yunus “vicdan məhbusları” və “siyasi məhbuslar” adlandırığı adamların nə adını bilir, nə də ki onların üzünü görüb. Olsa-olsa bir-ikisinin valideynləri ilə görüşə bilər. O Azərbaycan xalqına o dərəcədə nifrət edir ki, hədd və sərhəd gözləmədən Avropa Şurasında “Azərbaycanda siyasi məhbuslar”la bağlı məruzəçilər Pedro Aqramunt və Cozef Qrexi “əclaflar” deyə təhqir edib və mətbuat konfransındakı çıxışında “siyasi məhbuslar”la bağlı Azərbaycanın ünvanına olmazın yalan məlumatlar səsləndirib”.

F. Əliyeva hesab edir ki, öz ölkəsini sevməyən insanın yalanla dolu və ədalətsiz siyahısı heç bir dövlətdə qəbul edilə bilməz.

“Biz qətiyyətlə Vətənimizin əleyhinə, nüfuzuna zərər vuran Leyla Yunusun məkrli hərəkətlərini pisləyir və onun Azərbaycan vətəndaşı olduğunu təsdiq edən sənədin geri alınmasını tələb edirik”-deyə bəyanatda bildirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm