Nida.az
“Xalqın taleyi ilə oynamaq olmaz”- İran səfirliyinə etiraz
İranın Azərbaycandakı səfirliyi Bakıda Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən tədbirə etiraz edib.
Bununla əlaqədar səfirliyin yaydığı bəyanatda DAK separatçılıqda ittiham olunub.
“Xalq kütləsinə söykənməyən, siyasi yeri olmayan və dövlət himayəsindən məhrum olan bu kiçik dəstə təcrid olunmadan qurtulmaq üçün bu qəbil toplantılar təşkil edir. Bu toplantıda uzun illər boyu İran və Azərbaycan xalqlarının düşmənlərinə xidmət göstərməklə tanınan şəxslər indi də iki dost və qardaş ölkə arasında münasibətlərin genişlənməsini hədəf alaraq sionizm mediası ilə birlikdə iki millətin dostluq əlaqələrini zəiflətmək və separatçı düşüncələrin yayılması ilə məşğul olublar” deyə səfirliyin bəyanatında bildirilir.
Qeyd edək ki, sentyabrın 8-də DAK-ın təşkilatçılığı ilə “Yaxın
Şərqdə baş verən proseslər: Güney Azərbaycandakı son durum”
mövzusunda geniş müzakirələr keçirilib.
Müzakirələrdə bildirilib ki, Güney Azərbaycan türklərinin üzləşdiyi problemlər diqqətdə saxlanılmalıdır. Azərbaycan dövləti Yaxın Şərqdə baş verən dəhşətli hadisələr fonunda Güney Azərbaycana sahib çıxmalıdır.
Publika.az xəbər verir ki, DAK sədri, millət vəkili Sabir
Rüstəmxanlı İran səfirliyinin bəyanatına cavab verib.
Millət vəkili bildirib ki, DAK dünyada yaşayan azərbaycanlıların
təşkilatıdır və onların həyatında baş verən hadisələrə daima öz
münasibətini bildirir: “Onlar bizim soydaşlarımızdır və onlarla
bağlı məsələləri müzakirə edirik. Bu soydaşlarımızın diaspora
təşkilatının üzvü olub-olmadığının fərqi yoxdur. Biz ilk dəfə deyil
ki, belə müzakirələr təşkil edirik. Ancaq burada söhbət daxili
işlərə qarışmaqdan gedirsə, illər uzunu İran bunu özünün “Səhər”
televiziya kanalı ilə edib. Orada millətimiz haqda karikatura
çəkilib, Azərbaycan torpaqlarına iddialar olub, bizim dövlətə gah
Bakı, gah da Aran dövləti deyilib. Bundan başqa milli düşüncə
sahiblərinə müxtəlif böhtanlar atılıb. Bütün bunları adını çəkdiyim
televiziya kanalı edib. Biz də buna ciddi münasibət bildirməmişik
və nota verməmişik. Soruşmamışıq ki, niyə beynəlxalq hüququn tam
hüquqlu üzvü olan Azərbaycan dövlətinə belə münasibət
bəsləyirsiniz, nədən torpaqlarımızı işğal edən ermənilərə kömək
edirsiniz, bizə şiə qardaşı deyəndə erməniyə qan qardaşı
deyirsiniz? Ancaq bir dəyirmi masa keçirən kimi İran səfirliyi
dərhal bəyanat verir. Biz dünyanın müxtəlif yerlərində buraxılan
sənədlərdə Güney Azərbaycanda yaşayan soydaşlarımızın sayına diqqət
edirik. Bəzi sənədlərdə onların sayı 40 milyon, bəzilərində 30
milyon göstərilir. Bu say artmaq əvəzinə son illər azaldılır. İran
statistikasında əvvəl 25, sonra 16, daha sonra 10 faiz göstərilir.
Xalqın taleyi ilə belə oynamaq olmaz. Millətin varlığı, dili niyə
danılmalıdır, sayı niyə düzgün göstərilmir? Onlar bizim millətin
bir parçasıdır və biz bunu müzakirə etmişik. Onlar İran vətəndaşı
olsalar da, amma Azərbaycan türküdürlər və bizim bir
parçamızdırlar. İran min il türk dövləti olub. Əslində biz İrana öz
dövlətimiz kimi baxırıq. İran güclənsin, vəziyyəti yaxşı olsun,
müasir texnologiya əldə etsin. Ancaq demokratikləşmə də olsun,
millətimiz də rahat yaşasın. Bizim istəyimiz budur. Bundan başqa
bir şey istəmirik”.
Asif
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər