AXCP-dən Zəfər Quliyevə cavab: “Bu onun öz fikirləri deyil”
Bizi izləyin

Nida.az

AXCP-dən Zəfər Quliyevə cavab: “Bu onun öz fikirləri deyil”

Milli Şura bütün demokratik qüvvələrin bərabər hüquqlu birliyi kimi yaranır. Burada heç kimin dominantlıq iddiası olmamalıdır, başqalarının maraqlarına qarşı addımın atılması bu birliyin fəlsəfəsini, missiyasını dağıda bilər.


“Zəfər Quliyev Milli Şurada olanda nədənsə belə danışmırdı. Bu baxımdan güman etmirəm ki, bu onun öz şəxsi fikirləri, mülahizələri, yaxud yanaşmalarıdır”.

Bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Publika.Az –a açıqlamasında Milli Şuradan istefa vermiş “El” hərəkatının sədr müavini Zəfər Quliyevin Milli Şurada baş verənlərə görə AXCP-ni ittiham etməsinə münasibət bildirərkən deyib. F. Qəhrəmanlı hesab edir ki, Z. Quliyev hansısa başqa məsələlərə görə indi Milli Şuraya belə münasibət sərgiləyir: “Çünki Zəfər bəy Milli Şurada olarkən heç vaxt bu mövzuda danışmayıb. İndi niyə belə danışdığını yəqin ki, özü bilir. Yenə deyirəm ki, o istefa verməmişdən öncə heç bir narazı fikirlər səsləndirməyib”.

AXCP rəsmisi qeyd edib ki, onların partiyası həmişə bütövlüyünü qorunub saxlanılmasına çalışıb. Onun sözlərinə görə, istər qərarlar qəbul olunarkən, istərsə müzakirələr zamanı hər-hansı üstünlük iddiasından söhbət gedə bilməzdi: “Çalışmışıq ki, həmişə Milli Şurada təmsil olunan şəxslər, vətəndaş cəmiyyətinin təmsilçiləri proseslərdə fəal iştirak etsinlər. Yəni qurum təkcə siyasətçilərin qurumu olmasın. AXCP tərəfindən həmişə onların fəaliyyətinə stimullaşdırıcı yanaşma olubdur. AXCP onsuz da partiya kimi öz fəaliyyətini göstərir, hər kəs onun imkanlarına bələddir”.

Qeyd edək ki, Z. Quliyev bildirib ki, Milli Şurada yaranan böhranlı vəziyyətdə də AXCP-nin məsuliyyəti az deyil: “Dəfələrlə deyilmişdi ki, Milli Şura bütün demokratik qüvvələrin bərabər hüquqlu birliyi kimi yaranır. Burada heç kimin dominantlıq iddiası olmamalıdır, başqalarının maraqlarına qarşı addımın atılması bu birliyin fəlsəfəsini, missiyasını dağıda bilər. Lakin sonrakı proseslər, istefalar göstərdi ki, bizim həm Milli Şurada, həm də AXCP-də bəzi dostlarımız istefalara çox qısqanclıqla, dözümsüzlüklə yanaşdılar. Hesab edirəm ki, AXCP funksionerlərinin bu cür yanaşması siyasi münasibətlərdə də yaxşı əlamət deyil”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm