Azərbaycan Aİ üzvləri ilə siyasi və iqtisadi məsləhətləşmələr keçirəcək
Bizi izləyin

Nida.az

Azərbaycan Aİ üzvləri ilə siyasi və iqtisadi məsləhətləşmələr keçirəcək

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Bolqarıstan, Almaniya və Polşa XİN-ləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Publika.Az –a bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, 4-14 fevral tarixlərində Azərbaycanın Bolqarıstan və Almaniya ilə keçirəcəyi məsləhətləşmələr siyasi, Polşa ilə isə siyasi və iqtisadi xarakterli olacaq. Siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfini nazir müavini Xələf Xələfov təmsil edəcək.

Polşa ilə keçiriləcək siyasi və iqtisadi məsləhətləşmələrdə Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov da iştirak edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm