Milli Məclis elektron media ilə bağlı qanun hazırlayır?
Bizi izləyin

Nida.az

Milli Məclis elektron media ilə bağlı qanun hazırlayır?

Bu sözləri Publika.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

Millət vəkili Siyavuş Novruzovun sözügedən məsələ ilə bağlı təklifinə də toxunan F.Ağamalı deyib:

“Mən bu təklifi alqışlayıram. Siyavuş Novruzovun qaldırdığı məsələ tamamilə aktualdır. İnanın ki, bir sıra saytlarda verdiyim müsahibələrin altına adı və soyadı bilinməyən, anonim adlarla təhqiramiz şərhlər yazırlar. Buna son qoymaq lazımdır. Həmin portallar məsuliyyəti üzərinə götürüb o şərhləri saytda verməli deyil. Əgər verirsə, o zaman deməli həmin portallar da o tərbiyəsiz adamlar kimi eyni məsuliyyəti daşıyır. Hətta, həmin tərbiyəsiz şərhləri “Youtube” səhifəsində də yerləşdirirlər. Sosial şəbəkələrdə yol verilən bu cür hərəkətlərin qarşısını almaq üçün ciddi addımlar atılmalıdır. Bu məsələ Milli Məclisdə qaldırılan kimi, mən də bunun ən birinci tərəfdarlarından biri olacam.

Mən vaxtilə bu məsələni gündəmə gətirəndə ətrafdan “top atəşi”nə məruz qalmışam. Hətta, o vaxtı məni demokratiyanın qarşısını almaqda ittiham edənlər də oldu. Bu cür tərbiyəsiz və məsələnin mahiyyətindən xəbəri olmayan bir sıra bazar adamlarının şərhlərinə görə 2 mətbu orqanı ilə əməkdaşlıqdan imtina etmişəm. Onlara dəfələrlə söyləmişəm ki, əgər mənim hər hansı müsahibəmin arxasında mənə qarşı olan tərbiyəsiz və böhtan xarakterli şərhlərə icazə veriləcəksə, mən sizinlə əməkdaşlıq etməyəcəm. Mən onlara dedim ki, bu şərhlərə icazə verməyin, biz əməkdaşlığı davam etdirək. Onlar da buna razı olmadılar və mən də onlarla əməkdaşlığa son qoydum”.

Xatırladaq ki, bu günlərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov elektron media ilə bağlı xüsusi tədbirlər görüləcəyini açıqlayıb.

O, belə tədbirlərə aid təkliflərin payız sessiyasında parlamentin müzakirəsinə çıxarılacağını da vurğulayıb.

Siyavuş Novruzovun dediyinə görə, təkliflər gerçəkləşsə, istər saytlarda, istərsə sosial şəbəkələrdə hər hansı istifadəçi öncədən şəxsiyyət vəsiqəsinin seriya nömrəsini daxil edib sonra şərh yaza biləcək:

“Bu qayda bəzi saytlarda yayılan təhqir və söyüşlərin qarşısını alacaq. Bu təcrübə xarici ölkələrdə də tətbiq olunur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm