Ramiz Mehdiyev sosial şəbəkədə - FOTO
Bizi izləyin

Nida.az

Ramiz Mehdiyev sosial şəbəkədə - FOTO

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “facebook” sosial şəbəkəsində rəsmi səhifəsi fəaliyyətə başlayıb. Bu səhifə rəsmidir və R. Mehdiyevə məxsusdur.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “facebook” sosial şəbəkəsində rəsmi səhifəsi fəaliyyətə başlayıb. Bu səhifə rəsmidir və R. Mehdiyevə məxsusdur.

Səhifədə R. Mehdiyevin müraciəti də yerləşdirilib: “İnformasiya kommunikasiya texnologiyaları olmadan müasir dünyanı, gündəlik fəaliyyəti təsəvvür etmək mümkün deyil. İnternet təkcə məlumat yığını olmayıb, bəşəriyyətinin virtual portretini, yeni fəlsəfəni formalaşdırır. Sosial şəbəkələr ünsiyyəti asanlaşdırmaqla qarşılıqlı münasibətlərdə yeni platforma yaradır.

Teleqraf.com-un APA-ya istinadən məlumatına görə, Azərbaycan Respublikası informasiya cəmiyyəti quruculuğu sahəsində böyük uğurlara imza atır, ölkədə İKT sürətlə inkişaf edir. Gələcəyə hesablanmış, düşünülmüş siyasət Azərbaycanı yaxın illərdə inkişaf etmiş dövlətlərin sırasına çıxaracaqdır.

Elektron və mobil hökumət, kosmik sənaye, innovasiyalı iqtisadiyyat, biliyə əsaslanan cəmiyyət qurarkən cənab Prezident İlham Əliyev Azərbaycan elminə, gənclərimizin böyük potensialına arxalanır.

Gənclərimiz və əhalinin digər yaş qrupları arasında getdikcə populyarlıq qazanan facebook sosial şəbəkəsində öz səhifəmi yaratmaqdan məmnunluq duyuram. Burada mütəmadi olaraq fikir və düşüncələrimi paylaşacağam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm