Nida.az
Karl Bildt getdi, Novruz Məmmədov “Goodbye!” dedi
Azərbaycana qarşı sərt tənqidləri ilə gündəmə gələn İsveçin
xarici işlər naziri Karl Bildtin təmsil olunduğu partiya parlament
seçkilərində məğlub olub.
Publika.az xəbər verir ki, dünən baş tutan seçkilərdə 31.1 faizlə Sosial Demokrat Partiyası lideri Stefan Lofven baş nazir Fredrik Reinfeldtə qalib gəlib.
Beləliklə, 8 ildir hakimiyyətdə olan, sağ blokda yer alan
Mötədillər Partiyası seçicilərin cəmi 23,2 faizinin səsini
toplamaqla seçkiləri uduzub. Solçular parlamentdə 141 yer
qazanıblar.
“The Wall Street Journal” qəzetinin yazdığına görə, İsveçdə hökumət dəyişikliyi Avropa siyasi arenasında kifayət qədər tanınan iki siyasətçinin də postundan getməsi ilə nəticələnəcək. Onlardan biri maliyyə naziri Anders Borq, digəri isə xarici işlər naziri Karl Bildtdir.
İsçevdəki seçkilərin nəticələri Azərbaycanda da maraqla
qarşılanıb.
Belə ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini,
Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Tvitter”
hesabında K. Bildtin gedişinə özünəməxsus reaksiya verərək
“Goodbye, Mr. Carl Bildt, Goodbye!” deyə yazıb.
Qeyd edək ki, dünən də N. Məmmədov “Aftonbladet” qəzetinin İsveçin
xarici işlər naziri Karl Bildti korrupsiyada və Saakaşvili
hökumətinə lobbiçilikdə ittiham edən sensassion xəbərini “Biz Karl
Bildtin keçmiş “xüsusi əlaqələri” və ambisiyaları barədə bilirdik.
Buna görə də deyirdik, baxın görün kim bizim haqqımızda fikir
formalaşdırır” şərhi ilə hesabında paylaşmışdı.
Qeyd edək ki, Karl Bildt Azərbaycan hökumətinin ünvanına dəfələrlə sərt bəyanatlar səsləndirib, ölkəni avtoritar rejimlə idarə etməkdə ittiham edib.
Asif Nərimanlı
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı