Nida.az
Rüstəm İbrahimbəyov özünü Don Kixot adlandırdı
“Azərbaycanda prezident seçkilərində iştirak etməyim “yel
dəyirmanı” ilə mübarizə aparmağım kimi bir şey idi. Hansı ki, mən
bu mübarizədən yayınmağı bacarmadım”.
Publika.Az xəbər verir ki, bu barədə Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Rusiyanın “Moskovski komsomolets” qəzetinə müsahibəsində deyib. Seçkidə iştirakını Don Kixotun mübarizəsinə bənzədən R. İbrahimbəyov qeyd edib ki, nə qədər mübarizə aparsa mövcud iqtidarı dəyişdirə bilməyəcəyini əvvəldən başa düşürmüş: “Mən həyatımın qalanını mənim üçün daha vacib olan işlərə sərf etmək istəyirdim. Siyasətlə isə ümumiyyətlə, məşğul olmaq fikrim yox idi. Lakin həyat elə şeydir ki, istəyindən asılı olmayaraq “yel dəyirmanları” hər kəsin qarşısına çıxır”.
R. İbrahimbəyov bildirib ki, Azərbaycanda baş verən bir sıra
məsələlərlə bağlı məqalələrlə çıxış edib və ona qarşı münasibət
dəyişib, onu düşmən elan ediblər. Nəticədə özünü “yel dəyirmanı”
ilə mübarizə aparanların önündə görüb.“Seçki kampaniyasından isə
kənarda qaldım. Bu, texniki səbəblərə görə idi, çünki mənim Rusiya
pasportum da var idi”-deyə bildirən R. İbrahimbəyov
təəssüflənmədiyini, həyatında hələ də davam edən nəticələrə səbəb
olan dönüş edə bildiyini vurğulayıb.
Asif
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi