Nida.az
Fransa mətbuatı Dağlıq Qarabağdan yazdı
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-ər üçün qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi “Beynəlxalq Risklərin Analizi və Proqnozu Mərkəzi” tərəfindən Fransanın məşhur “Diplomatiya” jurnalının xüsusi buraxılışı nəşr edilib.
Şuranın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, jurnalın Azərbaycana həsr olunan geniş məqaləsində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində doğma yurd yerlərindən didərgin düşən 1 milyondan çox məcburi köçkün haqqında ətraflı məlumat verilir. Məqalədə qeyd edilir ki, Ermənistan BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və bəyannamələrə məhəl qoymayaraq Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir.
Jurnalda Ermənistan tərəfindən işğal edilmiş rayonlar, məcburi köçkünlərin sıx məskunlaşdıqları müvəqqəti yaşayış əraziləri və keçmiş çadır düşərgələri xəritələrlə Avropa oxucusuna təqdim edilib.
Məqalədə, həmçinin qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramına uyğun olaraq yeni salınan yaşayış məntəqələrinə aid məlumatlar və zəngin illüstrasiyalar da verilib.
Xüsusi buraxılışda Xocalı soyqırımını əks etdirən fotolar da yer alıb.
Qeyd edək ki, “Diplomatiya” jurnalı iki ayda bir dəfə 20.000 tirajla çap edilir və Fransa başda olmaqla dünyanın 40 ölkəsində yayılır. Əsas auditoriyası siyasətçilər, alimlər, tarixçilər və ictimaiyyətin digər fəal nümayəndələridir.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye