Prezident icra başçılarını topladı - YENİLƏNDİ
Bizi izləyin

Nida.az

Prezident icra başçılarını topladı - YENİLƏNDİ

Hazırda prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti Başçıları və müvafiq qurumların rəhbərləri ilə görüş keçirilir

Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirilib.

Publika.Az president.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev konfransda iştirak edir.Dövlətimizin başçısı konfransda giriş nitqi söyləyib.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış ediblər.

Azərbaycan Prezidenti konfransda yekun nitqi söyləyib.

İsmayıl

11.33

Hazırda prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti Başçıları və müvafiq qurumların rəhbərləri ilə görüş keçirilir.

“Qafqazinfo” xəbər verir ki, görüş “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı”nın icrasına həsr olunub.
Görüşdə regionlarda görülən işlər haqqında məlumatlar verilir, sözügedən proqramın icrası təhlil olunur və hesabat məruzələri dinlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm