Cəmil Həsənli Rəsul Quliyevin qarşısında susdu
Bizi izləyin

Nida.az

Cəmil Həsənli Rəsul Quliyevin qarşısında susdu

Bu adam anlamır ki, İctimai Palata çərçivəsində kövrək də olsa Xalq Cəbhəsi və Müsavat Partiyaları arasında yaranmış əlaqələri dağıtdı.


Milli Şuranın sədri Cəmil Həsənli Rəsul Quliyevin onun haqqında dediklərinə münasibət bildirməkdən imtina edib. Məsələ ilə bağlı Publika.Az –n sualına cavabında C. Həsənli bildirib ki, onun münasibəti yoxdur: “Bununla bağlı mənim münasibətim yoxdur. Bu haqda danışmayacağam”.

R. Quliyev teleqraf.com-a müsahibəsində Cəmil Həsənlini9 yalan danışmaqda ittiham edib. Bildirib ki, hadisələrin baş verməsindən 4 ay keçməmiş yalan danışan adam 1 ildən sonra nələr deyəcək, özünüz təsəvvür edin.“18 avqust mitinqinin keçirilməsində məqsəd demokratik seçki tələbi ilə yanaşı, Rüstəm İbrahimbəyovun seçkidə iştirakına nail olmağın mümkünlüyünü yoxlamaq idi. Faktiki müxalifət mübarizə aparacaq, ya yox? Düşüncə çərçivəsinin darlığına ancaq heyran olmaq olar. Cəmil Həsənlinin dediklərindən belə məlum olur ki, bu mitinq Eldar Namazovla mənim mitinqim imiş, biz də onu təşkil edə bilməmişik. Mitinqin təşkili ilə AXCP-nin məşğul olduğunu böyük tarixçimiz unudub. 18 avqust mitinqi zəif alındı. “Prezident seçkisini 65 faizlə uddum” deyənin mitinqinə 3-4 min adamın gəlməsi karikatura deyilsə, nədir? Molla Nəsrəddin jurnalını açıb Əzimzadənin karikaturalarına baxın, orada yüz faiz belə qəhrəmanlara rast gələ bilərsiniz. Təəssüf ki, Cəmil müəllimin xeyirsiz bir insan olmasını başa düşməməyi bir tərəfə, ondan dağıdıcı bir qüvvə kimi istifadə edildiyini də anlamır. Bu adam anlamır ki, İctimai Palata çərçivəsində kövrək də olsa Xalq Cəbhəsi və Müsavat Partiyaları arasında yaranmış əlaqələri dağıtdı.

Mən onun seçki debatında artıq anektoda çevrilmiş çıxışlarından da yaza bilərəm. Və ya bu günlərdə Rəsulzadənin yubileyi ilə əlaqədar etdiyi bolişeviksayağı, heç bir fakta söykənməyən çıxışına da fikir bildirə bilərəm. Ancaq ona bir məsləhətim var, o, artıq müxalifətin əleyhinə edə biləcəyini edib, bundan artıq daha bir şey edə bilməz. Milli Şuranın adını da anektoda çevirməsin, ya yenidən Xalq Cəbhəsinə qayıtsın, ya da sakitləşib hakimiyyətin tərifinə bir- iki yazı yazıb oturub, 2015-ci il parlament seçkilərini gözləsin”-deyə eks-spiker bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm