Nida.az
Prezidentin adından Davudoğlunun şərəfinə nahar verilib (YENİLƏNİB - 2)
Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun şərəfinə nahar verilib.
12:57
"Biz əsrlər boyu bir-birimizin yanında olmuşuq və bu gün müstəqil dövlət kimi öz gələcəyimizi birgə qururuq. Bizim siyasi əlaqələrimiz gündən-günə inkişaf edir. Bu ayın əvvəlində hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdə idi. İndi hörmətli Baş nazir rəsmi səfərdədir. Mən də seçkilərdən sonra ilk rəsmi səfərimi Türkiyəyə etmişəm. Bu, əslində əlaqərimizin səviyyəsini əyani şəkildə göstərir". Trend-in "TRT-Haber"ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə birgə mətbuata bəyanatlarla çıxışında deyib.
Azərbaycan Prezidenti qeyd edib ki, Türkiyə və Azərbaycan bu gün
eyni zamanda, iqtisadi sahədə uğurla əməkdaşlıq edir, iki ölkə
qarşılıqlı sərmayə qoymaqla həm öz maraqlarını təmin edir, eyni
zamanda, bir-birini daha da gücləndirir: "Azərbaycandan Türkiyəyə
qoyulacaq sərmayələrin həcmi haradasa 20 milyard dollara yaxındır.
Eyni zamanda, Türkiyədən Azərbaycana sərmayələr qoyulur. Biz çox
böyük məmnuniyyət hissi ilə Türkiyənin "Şahdəniz"dəki və TANAP-dakı
payının artırılmasını qəbul edirik. Çünki burada artıq türk
şirkətləri daha da artıq paya malik olacaqlar. TANAP layihəsi
Türkiyə-Azərbaycan layihəsidir. İki il bundan əvvəl bu layihəyə
start verildi və bu gün artıq bu proje reallaşır".
İlham Əliyev bildirib ki, enerji sahəsində əlaqələrimiz nəinki iki
ölkə üçün, bölgə, dünya üçün də böyük önəm daşıyır: "Sabah
Azərbaycanda böyük bir mərasim keçiriləcək. Sabah "Cənub Qaz
Dəhlizi"nin tikintisi başlayır. 20 sentyabr bizim üçün tarixi
gündür, çünki 20 il bundan öncə məhz sentyabrın 20-də “Əsrin
müqaviləsi” imzalanmışdı. 20 ildən sonra biz artıq XXI əsrin
layihəsinə start veririk. Əlbəttə, bu layihənin uğurla həyata
keçirilməsində Türkiyə-Azərbaycan tərəfinin rolu xüsusi əhəmiyyət
daşıyır".
Dövlət başçısı qeyd edib ki, enerji sahəsində digər layihələr də
icra edilir: "Əminəm ki, Trans Anadolu, Trans Adriatik və
"Şahdəniz-2" layihələrinin uğurla icrası nəticəsində bölgədə
əməkdaşlıq üçün yeni bir şərait yaranacaq. Bu layihələr həm
iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək və burada iştirak
edəcək ölkələrin sayı kifayət qədər çoxdur. Beləliklə, Türkiyə və
Azərbaycan bu layihələrin təşəbbüskarları kimi geniş beynəlxalq
əməkdaşlığa da öz töhfəsini verəcək".
12:52
"Şübhəsiz ki, bu gün biz hörmətli Baş nazir Əhməd Davudoğlu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdik. Mən hörmətli Baş naziri son vəziyyətlə tanış etdim. Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktivliyinə görə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır". Trend-in "TRT-Haber"ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə birgə mətbuata bəyanatlarla çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bu münaqişənin postsovet məkanında
digər münaqişələrdən fərqi ondadır ki, burada BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi var: "Təhlükəsizlik Şurası dünyanın ən
mötəbər beynəlxalq qurumudur. Bu qurum 4 qətnamə qəbul etmişdir.
Ermənistan tərəfi sadəcə olaraq ona məhəl qoymur və onları icra
etmir. 20 faiz torpaqlarımız işğal altındadır. Bizə qarşı etnik
təmizləmə siyasəti aparılmışdır. 1 milyondan artıq azərbaycanlı öz
doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Əfsuslar ki,
vasitəçilərin fəaliyyəti heç bir nəticə gətirmir və beynəlxalq
hüquq Ermənistan tərəfindən kobudcasına pozulur".
İlham Əliyev qeyd edib ki, münaqişənin həlli ilə bağlı beynəlxalq
təşkilatların qərar və qətnamələri vardır: "Bu qərar və qətnamələr
əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişə öz
həllini tapmalıdır və əminəm ki, gün gələcək, Azərbaycan öz ərazi
bütövlüyünü tam şəkildə bərpa edəcəkdir".
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT