YAP-ı kimlər kütləvi şəkildə tərk edəcək? - Cavab
Bizi izləyin

Nida.az

YAP-ı kimlər kütləvi şəkildə tərk edəcək? - Cavab

“Rəsul Quliyev hələ bir partiya qursun, ondan sonra YAP-dan kimlərinsə istefa verib ora gedəcəyi haqqında danışsın”.


“Rəsul Quliyev hələ bir partiya qursun, ondan sonra YAP-dan kimlərinsə istefa verib ora gedəcəyi haqqında danışsın”.

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az –a açıqlamasında Rəsul Quliyevə bağlı olduğu deyilən Gələcək Azərbaycan Partiyasının (GAP) YAP-dan istefaların olacağı və bu partiyaya keçəcəkləri haqqında iddialarına münasibət bildirərkən deyib.
S. Novruzov bildirib ki, bunlar tamamilə əsassız iddialardır. Onun sözlərinə görə, Rəsul Quliyev gündə bir partiya yaradır: “Gah bu partiyadan o partiyaya keçir, gah ondan o birinə. Heç bir partiyası da Azərbaycanda uğur qazana bilməyibdir. Əksinə, ya onun özünü sədrlikdən uzaqlaşdırıblar, ya da partiyanın özü dağılıb. Hələ bir partiya qursun, ondan sonra YAP-dan kimlərinsə istefa verib ora gedəcəyini haqqında danışsın”.
YAP rəsmisi qeyd edib ki, onların partiyasından heç kəs istefa verməyəcək: “YAP-dan heç kəs ora gedə bilməz. Çünki perspektivi olan yerə gedərlər, perspektivi olmayan yerə heç kəs getməz. Onların da perspektivi bitib”.

Qeyd edək ki, GAP-ın Təşkilat Komitəsinin sədri, R. QÜuliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu iddia edib ki, hakim Yeni Azərbaycan Partiyasından GAP-a keçənlərin sayı kifayət qədər olacaq (http://publika.az/p/4279 ).
“Qarşıdakı aylarda şahidi olacaqsınız ki, YAP-dan sürətlə istefalar olacaq və istefa verənlər GAP-a gələcək”-deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm